Qadin.NET / Vitaminli xörəklər(1)

Vitaminli xörəklər(1)

Vitaminli xörəklər(1)

Bilirik ki, qış və payız aylarında, ilk baharda isti xörəksiz ötüşmək mümkün deyil. Digər tərəfdən də deyirik ki, bişmiş xörəklər “ölü” qidadır. Onların tərkibində vitaminlər və faydalı elementlər ya qalmır, ya da o qədər cüzi miqdarda qalır ki, onun naminə qarnımızı zərərli kütlə ilə doldurmağına dəyməz. Bəs necə olsun?..Çıxış yolu yoxdurmu?..Var!

Birincisi, üstünlüyü ətsiz xörəklərə verin. İkincisi, xörəkləri bişirməyin, dəmləmə üsulu ilə hazırlayın. Məsələn, vitaminli borşu belə hazırlamaq olar: 

Vitaminli xörəklər(1)

100-150q (bir adamın normasıdır) dəniz balığını (tıxsız yağlı balıqlar) suda 4-5 dəfnə yarpağı ilə bişirin. Qazanı yerə qoyan kimi, hazırlanmış kələmi, çuğunduru (yarpağı da qiymətlidir), kökü, 1-2 diş sarımsağı, cəfərini, kərəvizi, göy soğanı, 2 xörək qaşığı cücərmiş buğdanı, o qədər də buğda kəpəyini qazana tökün. Şalla bələyin, isti yerdə 2-3 saat dəmə qoyun. Yeyərkən bir çimdik maqnezium sulfat (ingilis duzu) və horra halına salınmış təzə pomidor (yaxud “gürzə”) əlavə etmə olar. Bunlar olmasa 2 xörək qaşığı qatıq qatmaq məsləhətdir. Belə xörəkdə bütün vitaminlər, duzlar və digər faydalı elementlər salamat qalır.

İsti şorbanı da eyni qayda ilə hazırlamaq olar. Su qaynayan kimi qazanı yerə qoyun. Ora narın hala salınmış kartof, kök, cəfəri, kərəviz, şüyüd, 1-2 diş sarımsaq, göy soğan, 2 xörək qaşığı qarabaşaq, 2 xörək qaşığı cücərmiş buğda, o qədər də buğda kəpəyi əlavə edin. Qazanı şalla bələyib, isti yerdə 1-2 saat saxlayın. Yeyərkən 1 çimdik maqnezium sulfat əlavə edin.

 Vitaminli xörəklər(1)

Çiy şorbalar

Pomidor-xiyar şorbası: Pomidoru, xiyarı, sarımsağı, göy soğanı və göyərtini xırda doğramaq, bir tikə islanmış pendir və kələm şirəsi əlavə etmək, üstünə qatıq tökmək.

Sadə pomidor şorbası: Qaba sarımsaq yaxud soğan sürtün, pomidoru doğrayın, üstünə bir stəkan qatıq tökün. Ürəyiniz istəyən göyərtilərdən əlavə edin. Şorba hazırdır.

 Vitaminli xörəklər(1)

Gövdə və yarpaq şorbası: 3-4 stəkan müxtəlif növ tərəvəzin (xiyar, kələm, göyərti, soğan və s) üstünə 1,5 litr kvas əlavə etmək və qatışdırmaq, yarım saat dəm aldıqdan sonra 1 xörək qaşığı qaymaq əlavə etmək.

Şülul (yabanı meyvə) şorbası: 1 stəkan qatığı 3 xörək qaşığı su və 3 xörək qaşığı xırdalanmış hər hansı şülulla (qarağatdan başqa) qarışdırmaq. İstəsəniz meyvə şirəsi, yaxud bal da əlavə edə bilərsiniz.

Quru meyvələrdən şorba: Axşamdan 40-50 q quru meyvəni isladın. Səhər sudan çıxardıb (suyu atmayın) tumlarını ayırın, sürtkəcdən keçirib yaxud əzin, öz suyuna qatın. Yeməyə 3 saat qalmış 1-2 xörək qaşığı buğda kəpəyi, narın hala salınmış qarabaşaq və yulaf dəni əlavə edin.

Ərşad Əzimzadə

13 avqust 2014
GO BACK