Qadin.NET / Üzük ölçüsü

Üzük ölçüsü

Sevginizi göstərmənin ən qiymətli yolu sevdiyiniz insana qiymətli əşya hədiyyə etməkdi. Demək olar  çox qadın belə düşünür  Bəs aldığımız lçüsünü necə tutduracaqsınız?

Sevginizi göstərmənin ən romantik və dəyərli yolu sevdiyiniz insana qiymətli əşya hədiyyə etməkdi.Bunlardan biri də sevdiyin şəxs tərəfindən üzük almaqdı. Demək olar  çox qadın belə düşünür.

Əgər aldığınız hədiyyə boyunbağı,klon və ya bilərzikdirsə ölçü baxımından çətinlik çəkmirsiz.Lakin üzük alarkən ən çox yaşanan problem barmaqların ölçüsünü bilməməkdi. Qadın və kişi bir-birlərinə üzük alarkən  birazca professional olmalıdırlar.

İnsan barmaqları sümük quruluşuna görə dəyişkəndir. Bəziləri arıqdır amma sümüklü olduğu üçün barmaqları qalındır. Bəziləri kökdür amma sümükləri incə olduğu üçün barmaqları incə də ola bilər. Sümüklü olub kök də ola bilər.

Belə bir vəziyyətdə sevdiyinizə necə üzük ala bilərsiniz? Üzük alarkən, daşlı və ya sadə üzük aladıqda  ölçü dəyişərmi, üzüyün ölçüsünü necə hesablamaq lazımdır? Bu kimi və buna bənzər suallara cavab axtarışınıza ehtiyac yoxdur. Cavabı:

Əvvəla əgər öz üzük ölçünüzü bilmirsinizsə, aşağıdakı iki sadə üsuldan birini istifadə edərək  üzük ölçünüzü tapa bilərsiniz:
Birincisi:
1- Alacağınız üzüyü taxmağı düşündüyünüz barmağa daha əvvəldən taxmış olduğunuz bir üzük varsa onu götürün,
2- Millimetr (mm ) ölçüsü olan bir xətkeşdən istifadə edin,
3- Üzüyü üfüqi olaraq masaya qoyub boydan boya üzüyün diametrini ölçün. Bu əməliyyatı edərkən üzüyün ən geniş qismini ölçdüyünüzə əmin olun.
4- Xətkeş millimetri oxuyun.
5- Bunlari qeyd edin və zərgərinizə verin.
Yuxarıdakı ölçü üsulu bəzən üzük və ya barmaq ölçüsünü düzgün ölçməyə də bilər. Belə bir vəziyyətdə nə edəcəksiniz? Bu sualları düşünmədən əvvəl ikinci ölçmək üsulunu gözdən kecirək.
İkincisi:
1- Əgər taxmağı düşündüyünüz barmağınıza görə üzüyünüz yoxdursa, əlinizə  lent və ya ip götürün,
2- İpi və ya lentini barmağınıza sarın, iki ucun birləşdiyi yeri qələmlə işarələyin,
3- Millimetr (mm ) ölçüsü olan bir xətkeş götürün və işarələdiyiniz yerə qədər olan hissəni ölçün.
4- Bu ölçü barmağınızın ətrafının uzunluğunu verəcək.
5- Bunları qeyd edin və zərgərinizə verin.


Sevdiklərinizə sürpriz etməniz lazımdırsa onun barmaq ölçüsünü bu üsullarla təyin edə bilməzsiz. Bəs necə etməlisiniz ki qarşınızdakı adamın barmağının ölçüsünü ala biləsiniz?
Üzük ölçüsü
Üçüncü:
Sevdiyiniz adamın barmağında üzük varsa, "üzüyü çox bəyəndiyinizi söyləyərək götürüb, baxın və barmağınıza taxın" beləliklə qalınlığını ölçə bilərsiniz.
Əgər üzüyü yoxdursa bu dəfə qarşınızdakı adamın əllərindən yapış. Barmaqlarınızı barmaqlarının arasına keçirin. Önlü arxalı baxaraq, "nə qədər zərif barmaqların var" bəhanəsiylə əllərini və barmaqlarını araşdıra bilərsiniz. Bununla da barmaq qalınlığını ölçə bilərsiniz.
Üzük ölçüsü
Heç ölçü götürmə qabiliyyətiniz yoxdursa o zaman sevdiyiniz və ya dəyər verdiyiniz adamı birbaşa olaraq zərgərə aparıb o gün də sürpriz edə bilərsiniz. Çox sadə üsullardan biridir smile 
Üzük ölçüsü

 

Ümid edirəm bu yazı sizə kömək olar fellow . Sevdiyiniz insana hədiyyə etməyə tələsin!!!Qarşıdan sevgililər günü gəlir wink
Üzük hər kəsin; kişinin və qadının imtina edə bilmədikləri zinət əşyaları arasında iştirak etməkdədir. Bu səbəbdən də bəzən sürpriz edərkən üzük alınır. Hərdən çox kiçik və ya çox böyük ola bilir. Bu yanılmalar davamlı olaraq yaşanır. Və sürprizin dəyəri o anda zədələnilmiş olur. Bu və buna bənzər şeyləri yaşamamaq üçün yuxarıda ifadə edilən üçüncü üsulu gözdən kecirməkdə fayda var.
26 yanvar 2011
GO BACK