Qadin.NET / Vücudumuz haqqında 10 həqiqət

Vücudumuz haqqında 10 həqiqət

Vücudumuz haqqında 10 həqiqət

1. Əgər kimliyinizi gizlətmək istəyirsinizsə, o zaman dilinizi çıxarmayın. Çünki barmaq izləri kimi dilin də izləri var və hər kəsdə bu izlər tamamilə fərqlidir.

Vücudumuz haqqında 10 həqiqət

     2. İnsan gün ərzində 600  min hissəcik dəri qırıntısından azad olur. Demək, bir insan təqribi olaraq 70 yaşına qədər cəmi 78 kq dəri tökür.          

Vücudumuz haqqında 10 həqiqət 

     3. Böyük insanlarda uşaqlardan daha az sayda sümük var. Anadan olarkən 350 sümüyə sahib oluruqsa, bu say böyüdükcə dəyişir. Biz böyüdükcə bəzi sümüklərimiz əriyir və bədənimizdə cəmi 206 sümük qalır.  

      4. Burnumuz itlərin burnu qədər həssas deyil, ancaq 50 minə yaxın iyi yadda saxlamaq iqtidarındadır.        

Vücudumuz haqqında 10 həqiqət

    5. Bakteriya dəri üçün lazım olan bir canlıdır. İnsan dərisinin 1 sm2-də təqribən 32 milyon bakteriya yaşayır və bunların da çoxu zərərsizdir.  

Vücudumuz haqqında 10 həqiqət

      6. Ayaqlarımız da tərləyir. Bunu yəqin ki, hamımız bilirik. Bir ayaq gün ərzində yarım litrə qədər tər yarada bilir.          

      7. Təbii ki, tüpürcəyinizin içində üzmək istəmərsiniz. Amma onları yığsanız, inanın ki, bu mümkün olar. Bir insan ömrü boyu 25 min litr tüpürcək istehsal edir. Bu miqdar isə 2 üzgüçülük hovuzunu doldurmağa bəs edər.            

Vücudumuz haqqında 10 həqiqət

      8. Sarışınların saçları daha çox olur. Saç rəngimiz saçlarımızın miqdarını deməyə kömək edir. Siyahıda sarışınlar birinci yerdədir. Bir insanda ortalama 100 min saç teli ola bilir. Sarışınlarda isə bu say 146 minə qədər qalxır. Qara saçlı insanlarda 110 min, qəhvə rənglilərdə 100 min, qızılı rənglilərdə isə 86 min saç teli olur.           

      9. Hər birimiz bilirik ki, körpələr başlarını saxlaya bilmirlər. İnsanın başı yeni doğularkən bədəninin uzunluğunun dörddə biri qədər olur. Ancaq böyüdükcə bu miqdar uzunluğumuzun səkkizdə birinə qədər kiçilir.                   

Vücudumuz haqqında 10 həqiqət

      10. Əgər kimsə "Yuxudan ötrü ölürəm" desə, buna inanmaq lazımdır. Bir insan yemədən yaşaya bilər, amma yuxusuz yaşamaq mümkün deyil. Orta hesabla 11 gün yuxusuzluq insanın birdəfəlik yatmasına səbəb olur.

5 iyun 2014
GO BACK