Qadin.NET / 10 ən güclü sülalə

10 ən güclü sülalə

Tarix boyunca cəmiyyətdə güclü və nüfüzlü ailələr olmuşdur. Bu ailələrin çoxlu pulu və titulları olmuşdur. Pul və titul nəsildən-nəslə keçdiyi üçün belə ailələr bütöv bir sülalə meydana gətirirdi. Bu sülalələr hər yeni nəsildən daha da güclənir, əcdadlarının var-dövlətini artıraraq öz mövqelərini qoruyub saxlaya bilirlər.

Sizlərə tarixdə ən məhşur və nəhəng ailələrin onunu təqdim edirəm.

1. Rotşildlər sülaləsi. 

10 ən güclü sülalə

Rotşildlər sülaləsi - Almaniyadan olan bank və maliyyəçi sülaləsidir. Bu sülalə Avropada banklar açır və idarə edirdi, buna görə də Avstriya və İngiltərə hakimiyyəti  tərəfindən zadəganlığa ucaldılmışdır. Sülalənin banisi Mayer Amşel Rotşild (1744-1812) olmuşdur. Onun var-dövlətinin ölçüsü gizli saxlanırdı.

10 ən güclü sülalə

Mayer Rotşild kapitalını ailə çərçivəsində qoruyub saxlaya bilirdi. Öz varislərinə həyat yoldaşı seçərkən o, yaxın qohumlara üstünlük verirdi. Natan Rotşild öz bankını 1811-ci ildə Londonda açmışdı. Bu bank bu günə kimi "N.M.Rotşild and Sons"adı ilə mövcuddur. 1818-ci ildə bu kompaniya Prussiya hökümətinə 5 million funt sterlinq zayom vermişdir, bu da inkişafin göstəricisidir. Rotşildlər Londonda elə güclü mövqe tutmuşdular ki, 1825-1826-cı illərdə İngiltərə bankı üçün pul kəsə bilərdi.

2. Plantaqenetlər sülaləsi.

10 ən güclü sülalə

Plantaqenet kral sülaləsi ilə Tyudorlar kral sülaləsini fərqləndirsək, birincilər tarixdə daha böyük iz buraxmışdılar, çünki İngiltərə mədəniyyətinin və siyasi sistemin inkişafı onların hakimiyyəti dövrünə təsadüf edir. Tyudorların zamanında İngiltərə kilsəsi yaranmışdır və çoxları İngiltərə tarixində Qızıl əsrinin onların dövründə olduğunu iddia edirlər. Lakin Plantaqenetlərin əhəmiyyəti daha ciddidir.

Plantaqenetlər kral sülaləsinin əsasını V Plantaqenet Joffruanın böyük oğlu II Henrix tərəfindən qoyulmuşdur. Bu sülalənin kralları XII əsrdə hakimiyyətə gəlmişlər. 1154-dən 1485-ci ilə qədər bu sülalənin 15 üzvü hakimiyyətdə olmuşdur.

10 ən güclü sülalə

Onların dövründə krallar tərəfindən yüksək dəstəklənən xarakterik ingilis mədəniyyəti və incəsənəti yarandı.

Bu dövrdə qotik stul arxitektura məhşur idi. Vestminstern abbatlığı və York soboru bu stildə inşa edilmişdir.

Sosial sektorda bəzi dəyişikliklər edilmişdi. Bu ümumi və konstitusiya hüquqlarına təsir etmişdir. Məhşur Kembric və Oksford universitetləri də onların dövründə yaranmışdı.

 3. Neru-Qandi sülaləsi. 

10 ən güclü sülalə

Neru-Qandi sülaləsi - siyasi sülalədir. Bu salalənin 3 üzvü (Cavaxarlal Neru, İndira Qandi, Radjiv Qandi) Hindistanın premyer-ministr vəzifəsində çalışmışlar. İndira Qandi və Radjiv Qandi sui-qəsd nəticəsində öldürülmüşdür. 

10 ən güclü sülalə

4. Xan sülaləsi. 

10 ən güclü sülalə
Tarixdə ən böyük imperiyanı yaradan Çingizxan-Monqol imperiyasının banisidir. Bir çox köçəri tayfaları birləşdirən Çingizxan qonşu torpaqlara yürüşlər edərək onları tabe edir və torpaqlarını mənimsəyirdi.
10 ən güclü sülalə
5. Klavdi və Yuli sülaləsi.
10 ən güclü sülalə
Bu iki sülalə birləşərək Qədim Romanın ən güclü sülaləsini təşkil etmişdir. Kaliqula, Avqust, Klavdiy, Tiberiy, Neron bu sülalənin nümayəndələridir. Bu 5 imperator e. ə. 27-ci ildən b. e. 68-ci ilinə qədər hakimiyyətdə olmuşdular.
10 ən güclü sülalə
6. Min sülaləsi.
10 ən güclü sülalə
Bu sülalənin ilk imperatoru Çju Yuançjan sülaləni Min adlandırdı. Bu sözün mənası brilliant deməkdir. Bu sülalə 1368-ci ildən 1644-cü ilə qədər hakimiyyətdə olmuşdur.
10 ən güclü sülalə
Min imperiyasının nəhəng ordusu vardı. Bu sülalə öz dövrünə görə nəhəng inşaat işləri görürdü. Böyük Çin Səddinin bərpası və Pekində "Qadağan olmuş" şəhər də bunlara daxildir. Min sülaləsinin hakimiyyəti Çin üçün çox əhəmiyyətli sayılır.
7. Habsburqlar.
10 ən güclü sülalə
Habsburqlar Avropanın vacib kral ailədir. Bu ailənun nümayəndələri 1452-ci ildən 1740-cı ilə qədər Müqəddəs Roma imperiyasını idarə edirdilər. Uzun müddət onlar İspaniya və Avstriya imperiyasını idarə etmişdilər. İsveçrə əsilli olan bu sülalə ilk dəfə 600 ilə yaxın Avstriyanı idarə etmişdi. Lakin nikah diplomatiyası bu sülaləyə Burqundiya, İspaniya, Bogemiya, Macarıstanı idarə etməyə imkan yaratdı.
10 ən güclü sülalə
8. Ptolemeylər sülaləsi.
10 ən güclü sülalə
Ptolomeylər e.ə. 305-ci ildən e.ə.30-cı ilə qədər 300 ilə yaxın Misirdə Ptolomeylər imperiyasını idarə etmişdilər. Ptolomey Makedoniyalı İsgəndərin sərkərdələrinin biri olmuşdur. Onun ölümündən sonra Ptolomeyi Misir satrapı təyin etmişdilər. E.ə.305-ci ildə o özünü kral I Ptolomey adlandırdı. Bu sülalənin ən məhşur nümayəndəsi VII Kleopatra olmuşdur. Onun özünü öldürməsindən sonra bu sülalənin hakimiyyətinə son qoyulmuşdur. 
9. Mediçi sülaləsi.
10 ən güclü sülalə
Mediçi ailəsi Florensiyanın ən güclü və nüfuzlu ailəsi olmuşdur. Bu ailənin üzvləri XIII əsrdən XVII əsrə qədər hakimiyyətdə olmuşlar. Onlarda 4-ü Roma Papası olmuşdur.
10 ən güclü sülalə
10. Kapetinqlər sülaləsi.
10 ən güclü sülalə
Bu sülalə Avropada ən iri kral ailəsidir. Fransa kralı Hüqo Kapetin ardıcıllarıdır. İspan kralı Xuan Karlos və Lyuksenburqun hersoqu Anri-Kapetinqlərin  Burbon sülaləsinin üzvləridirlər. Bu sülalənin üzvləri Avropanın çox hissəsini idarə edirdilər. Bu gün də bu sülalənin üzvləri kraldır və çox sayda titulları vardır. Müasir dövrdə İspaniya və Lyuksenburqun idarəsi Kapetinqlərin əlindədir.
10 ən güclü sülalə
Tərcümə etdi: İbrahimova Gülbəniz

5 mart 2016
GO BACK