1.Şirə meyvə və tərəvəzlərdən birbaşa sıxma yolu ilə alınan təbii məhsuldur.Onun tərkibində konservant,rəngləyici, dadverici maddələr olmur.Dadverici kimi meyvə və giləmeyvələrdən alınan təbii maddələrdən istifadə olunur.Belə şirənin qiyməti baha olur.
2.Nektar 25-50% təbii şirədən qalan hissə isə su, şəkər və baldan ibarətdir.Amma düşünməyin ki, nektar təbii şirədən pisdir.Axı albalı və qarağatın şirəsi çox turş olduğundan onu içmək olmur.Ona görə nektarı su ilə qarışdırmalı olurlar.Unutmayın ki nektarda meyvənin vitamini qalır, onu içmək məsləhətdir.
3.Şirətərkibli içkidə təbii şirə 10-40 % olur.Şəkər və limon turşusundan başqa, tərkibində süni dadverci, rəngverici şəkər əvəzedicisi, qida əlavələri olur.belə içki susuzluğunu yatırsa da, tərkibində vitamin yoxdur.