Qadin.NET / İnternetin insan münasibətlərinə mənfi təsirləri

İnternetin insan münasibətlərinə mənfi təsirləri

İnternetin insan münasibətlərinə mənfi təsirləri

İnternet artıq həyatımızın vazgeçilməz halına gəlib. Özünü tək hiss edən bir çox insan çarəni virtual mühitdə axtarır. Ancaq mütəxəssislər internet asılılğının ictimai həyatdan qopmasına səbəb olduğunu bildirir. Dostluq saytları, əyləncə saytları, oyunlar və s. Artıq bir çox insan vaxtının böyük hissəsini kompüter qarşısında keçirir.

İnternet vasitəsilə olan evliliklərdə aldatmalara tez-tez rast gəlinir. Belə ki, artıq bir çox evli cütlüklərin eyni evdə 2 kompüteri var. Qadın ayrı bir kompüter, kişi ayrı bir kompüterdə virtual mühitdə vaxt keçirir.

İnternet sosial əlaqələrə necə təsir edir?

İnternet  əslində faydalı sahələrdə istifadə edildiyi müddətdə çox faydalı bir texnologiya vasitəsidir. Lakin inkişaf edən texnologiya sayəsində internet asılılığı gedərək artır. İnsanların ətraflarında tapa bilmədikləri bir çox məlumat, ya da əyləncəli mühiti internetdə tapması bu vəziyyətin artmasında böyük rol oynayır. Özünü tək hiss edən bir çox insan e-mail, ya da mesajlarla söhbət qurmağa və dost qruplarının sayını artırmağa başlayır. Bu sayədə internet asılılığı artarkən ictimai həyatdan da qopmalar reallaşır. 

İnternetin insan münasibətlərinə mənfi təsirləri

Sosial həyat virtual mühitə necə təsir edir?

İnternet istifadəsinin yayılması bəzi problemləri də özü ilə gətirib. Məsələn, artıq dostluqlar internetlə davam etdiyi üçün heç kim əvvəlki qədər dostları ilə görüşmür, tədbirlərə qatılmır. Belə ki, bir çox insan getdikləri yerlərdə də kompüterdən uzaq dura bilmir. Xüsusilə uşaqlar internetdə daha aktiv olur, məktəbdə və ya ailə içərisində daha sosial bir həyat keçirməyə başlayır. Bir çox insanın paylaşdığı video və mesajlarda bəzi insanların bunları pis məqsəd üçün istifadə etdiklərindən özəl həyatda qorumağımız lazım olan sevgi zərər görür.

Virtual mühit evliliklərə və əlaqələrə necə təsir edir?

Bir çox evli cütlüklər evində danışmaq əvəzinə artıq internetlə ünsiyyət qurur. Ər-arvaddan biri internet başında vaxt keçirib əylənir, yoldaşı isə təkliyin verdiyi təsirdən psixoloji problemlər yaşayır. Sosial heç bir şeyi paylaşmayan cütlüklər zamanla bir-birilərindən uzaqlaşmağa başlayır və boşanmalar artır. Əlaqədəki uzaqlaşmalar həyəcan və qayğıları da artırır. Virtual mühitdə xəyanət, ya da problemlə əlaqədar şübhələr cütlərin bir-birlərinə olan etibarlarını da zədələyir. Bu vəziyyətdə depressiya riski artır.

İnternetin insan münasibətlərinə mənfi təsirləri

İnternet vasitəsilə olan evliliklər

İnternet sevgisi real sevgilərdən daha çox və daha yüksək tonda yaşanır. Virtual eşqin qüvvəti gerçək sevgidən daha çox qüvvətli ola bilər. Bu səbəbdən virtual və platonik eşqlər heç bir maneə tanımırlar. İnternet vasitəsilə olan evliliklərlə əlaqədər problemlər son illərdə tez-tez qarşılaşdığımız vəziyyətlər arasında özünü biruzə verir. Bu mövzuda tez-tez depressiya yaşayan bir çox xəstə var. Yaşanan problemlərin səbəbi isə insanların bir-birilərini tam tanımamalarından irəli gəlir. İlk dövrlərdə əyləncəli və gözəl gedən hər şey eyni ev mühitini paylaşmağa başladıqda dəyişməyə başlayır. İnsanın internetdə özünü tanıtdığı insanla evləndiyi insan arasında fərqlilik hiss olunur. Çünki virtual mühitdə yaşanan əlaqələrdə bir çox yalanlar danışılmış ola bilər. Buna görə bu vəziyyət qarşısında cütlüklər bir-birilərindən uzaqlaşaraq evliliklərini bitirməyə başlayır. Ayrılığın yaşanması ilə birlikdə insanlarda depressiya, ruhi sarsıntı, mənlik dəyərində zəifləmək, başqalarına qarşı etibarsızlıq, yuxu problemləri ortaya çıxır.

İnternet asılılığına qarşı nələr edilə bilər?

Virtual əlaqələri daha həqiqi dostluqlara çevirərək yaşamağa çalışın. İnternetdən asılı olduğunuzu düşünürsüzsə, bir müddət internetdən uzaq yaşamağa çalışın, əgər bu problemi həl edə bilmirsinizsə, mütəxəssislərdən kömək istəyin. İnternet vasitəsilə danışdığınız insanları həyatınıza salmadan əvvəl mütləq yaxşı tanıyın. Tanış olduğunuz insanlarla evlənməzdən əvvəl mütləq ən azı 6 ay nişanlı qalın. Evliliyinizdə daha çox sosial bir həyat yaşamağa çalışın. Kinoya, teatra gedin, ortaq paylaşmalarınızı artırın. İnternetdən faydalı sahələrdə istifadə edin. Əgər internet vasitəsilə qurduğunuz əlaqə varsa, bunu mütləq ailədə bir yaxınınızla paylaşın. İnsanlarla ciddi ünsiyyət yaradın və tanıdığınız insan vasitəsi ilə görüşün.

26 mart 2016
GO BACK