Qadin.NET / Hər qadının bilməsi vacib olan 20 məsləhət

Hər qadının bilməsi vacib olan 20 məsləhət

 Hər qadının bilməsi vacib olan 20 məsləhət

1. Kaşmir paltarlarınızı mütləq əldə yuyun.

Hər qadının bilməsi vacib olan 20 məsləhət

2. Qırmızı şərab ləkəsini ağ şərabla təmizləyin.

Hər qadının bilməsi vacib olan 20 məsləhət
3. Yeni aldığınız cins şalvarlarınızı dərziyə aparmazdan əvvəl mütləq 2 dəfə yuyun. Unutmayın, cins yuyulduqda mütləq yığılar.

Hər qadının bilməsi vacib olan 20 məsləhət
4. Tiftik və Angora yunlu paltarlarınızın tük tökməsini önləmək üçün kiçik bir torba içərisində buzluğa qoyub dondurun. 3 saat gözlətmək kifayətdir.

Hər qadının bilməsi vacib olan 20 məsləhət
5. Vintage və ya ikinci əl paltarlardakı qoxudan xilas olmaq üçün bir qədər araq və suyu qarışdırıb sprey şüşəsinin köməyilə paltara püskürdün.
6. Paltarlardakı ağ dezodorant ləkələrindən xilas olmaq üçün asqılarda istifadə olunan qoruyucu köpüyü parçaya ehmalca sürtərək təmizləyə bilərsiniz.

Hər qadının bilməsi vacib olan 20 məsləhət

7. Ən sevdiyiniz çantaya yağ damladıqda uşaq pudrasını ləkənin üzərinə tökün və səhərə qədər saxlayın. Böyük ehtimalla ləkənin yox olduğunu görəcəksiniz. Ləkə hələ də getməyibsə bir gecə daha eyni əməliyyatı təkrarlayın.

Hər qadının bilməsi vacib olan 20 məsləhət
8. Üzərinizə gözəl oturan paltarların əsas məqamı likradır. Qısa qollu yüngül köynək alarkən 95% pambıq, 5% likra qarışığını seçin. Cins üçün isə ən azından 2% likralı olanlar üstünüzə daha yaxşı oturacaq və şəkillərini uzun müddət qoruyacaq.

Hər qadının bilməsi vacib olan 20 məsləhət
9. Şkafınızda hər zaman açıq rəngdən tündə doğru bir nizam olsun və açıq paltarları soldan düzməyə başlayın. Bunun sayəsində daha asan seçim edə bilərsiniz.

Hər qadının bilməsi vacib olan 20 məsləhət

10. Kaşmir parçanın keyfiyyətini anlamaq üçün parçanı yüngülcə yanlara doğru açın. Buraxdığınızda eyni şəkli alırsa, keyfiyyətlidir.

11. Mağazada cins şalvarı geyinib sınamaq üçün vaxtınız olmayanda boyun metodunu sınayın. Şalvarın bel qisimini boynunuzun ətrafına sarın. Boynunuzun arxa tərəfində birləşirsə, deməli bədəni əsil sizə uyğundur.

Hər qadının bilməsi vacib olan 20 məsləhət
12. Hansı paltarı atacağınıza qərar vermək üçün "Alış-verişə çıxsaydım, buna pul verərdimmi?" sualını verin özünüzə,  əgər cavabınız xeyrdirsə, onda həmin paltarı atın getsin!

Hər qadının bilməsi vacib olan 20 məsləhət
13. Çimərlik paltarlarınızı əsla maşında yumayın. Bu zaman elastikliyini itirir.

Hər qadının bilməsi vacib olan 20 məsləhət
14. Sevdiyiniz paltarı geyinmək üçün şişkinlikdən xilas olmaq istəyirsinizsə, əhəmiyyətli (məlum) günlərdən 5 gün əvvəl süd və süd məhsullarıyla taxıllı qidaların qəbulunu dayandırın.

Hər qadının bilməsi vacib olan 20 məsləhət
15. Saxta çanta - əsla etməməniz lazım olan bir seçimdir. Keyfiyyətli olduğu isə ancaq professional tərəfindən ayırd edilə bilər.

Hər qadının bilməsi vacib olan 20 məsləhət
16. Xüsusi dəvətlərdə cəsarəti bir kənara buraxın və sizə hər zaman yaraşan şeyləri seçin.

Hər qadının bilməsi vacib olan 20 məsləhət
17. Bir paltarı ütülədikdən sonra dərhal geyməyin. Əks təqdirdə yeni qırışlar əmələ gələ bilər. 5 dəqiqə gözləsəniz, ütüsü daha çətin və gec pozular.

Hər qadının bilməsi vacib olan 20 məsləhət
18. Tiftiklənən sviteri təmizləməyin ən asan yolu süngər daşıyla yüngülcə daramaqdır.

Hər qadının bilməsi vacib olan 20 məsləhət
19. Güldandakı çiçəklərin daha uzun müddət təzə qalmasını istəyirsinizsə, suya az miqdarda araq damcıladın.
20. Kapron corabların süzülməsindən bezmisinizsə, coraba saç lakı sıxıb qurumasını gözləyin və daha sonra geyinin.
28 fevral 2016
GO BACK