Çox nadir hallarda kişilər olmayan kollektivə rast gəlmək olar. Kişi kollektivində işləmək,özünü aparmaq davranışı təbii ki,hər bir xanım üçün o qədər də asan deyil.Belə hallarda xanımlar həmkarlarının nəyi xoşlayıb,nəyi xoşlamadıqlarını bilmələri mütləqdir.Elə isə gəlin nəzər salaq.
Onları həddindən artıq əsəbləşdirir,nə zaman ki, xanım:
1.Onun sözünü kəsir
2.Hər hansısa işlə əlaqədar və ya səbəbsiz məsləhətlər verir
3.Üstün tutduqları mövzular barədə müzakirə aparmağa çalışır
4.Ucadan gülür
5.Həddindən artıq çox danışır
6.Qərar qəbul etməzdən öncə uzun müddət fikirləşir
7.Onların səhvlərini hamıya göstərir
8.Yersiz zarafatlar edir
9.Rəfiqəsi ilə pıçıldaşır
Onların xoşuna gəlir,nə zaman ki,xanım:
1.Sağlam rəqabət hissi aparır
2.Kişi həmkarlarının yüksək intellekt səviyyəsinə va bacarığa malik olduqlarını etiraf edir.
3.Hər hansısa xeyirxah işdən ötrü risk edir
4.Özünə həddindən artıq inanır
5.Fəallıq göstərir
6.Yumor hissinə sahib olur
7.Həyata və onun çətinliklərinə asanlıqla dözür
8.Özlərinə aid olmayan digər həmkarlarının işlərilə maraqlanır
9.Səmimi olur
Xanım kişi kollektivində hər zaman diqqət mərkəzində olur.Məsləhətdir ki,xanımlar klassik,örtülü geyimlərdən istifadə etsinlər.Belə halda xanım daha abırlı,eleqant və gözəl görünər.
Əgər işinizdə hər hansısa başa düşmədiyiniz məqamlar varsa,o zaman həmkarınızdan bu haqda soruşmağa çəkinməyin.Əmin olun ki,o sizə etiraz etməz.Özünüzü daha ağıllı göstərib,kişi həmkarınızla rəqib olmağa çalışmayın.Necə varsınız elə qalın.
Ümumiyyətlə kişi kollektivində işləyən xanımlar səbrli, ciddi və ağıllı davransalar bir o qədər də böyük hörmətə sahib olarlar.Belə xanımlar hər zaman işlə əlaqəli fikirlərini,təkliflərini çəkinmədən irəli sürməli və əminliklərini bildirməlidirlər.Özünəgüvən uğurun başlanğıcıdır,bunu unutmayın.