Qadin.NET / Həqiqi yoxsa saxta bal ?

Həqiqi yoxsa saxta bal ?


1. Həqiqi bal xarrayır, saxta bal isə yox

2. Həqiqi balın xüsusi qoxusu olur.Hətta saxlanıldığı qabın qapağını tez-tez açıb bağlayanda o qoxunu aydınca hiss etmək olur. Saxta bal isə elə bir özəl qoxuya sahib deyil.

3. Həqiqi bal qatı olur, saxta bal isə əksinə.

4. Həqiqi bal həddindən artıq şirin olmur,saxta  bal isə  çox şirin olur

5. Həqiqi bal ağıza alınanda  bir neçə növ dad verir, saxta bal isə yalnız bir dad verir.

6. Həqiqi balın xarici görünüşü qoz qabığı  və ya buna bənzər sanki boz rəngin çalarlarında olur. Saxta bal isə daha açıq rənglərdə olur.

7. Bir qaşığa bal töküb, odun üzərində tutduqda  o, daha dayanıqlı olur,gec yanır. Saxta bal isə tez yanır və kömürləşir

8. Eyni qaba ayrı ayrılıqda həm saxta,həm həqiqi baldan töküb ağırlığını yoxlayın.Həqiqi bal daha ağır gələr. Saxta bal isə yüngül.

9. Həqiqi balın qiyməti olduqca dəyərli,saxta balın qiyməti isə ucuz olur.

Əzizlərim,ən gözəl və keyfiyyətli bal may ayında istehsal olunur.Bu balın insan orqanizminə hər baxımdan olduqca xeyiri vardır.Və pulunuzu xərcləyərkən saxtalıqdan uzaq olun.Burada yalnız cib kisəniz deyil,ən önəmlisi səhhətiniz ön plandadır.

5 mart 2011
GO BACK