Makaronun tarixi
Makaron çoxlarının güman etdiyi kimi italyanlar tərəfindən kəşf olunmamışdır. İtalyanlar bu qidanı çinlilərdən öyrənərək dünyaya öz kəşfləri kim təqdim etmişdir. Əvvəllər makaronu evlərdə düzəldirdilər. Ancaq sonralar italyanlar makaron düzəltmək üçün kiçik maşınlar icad etdilər. Çox sonralar isə makaron avtomat maşınlarda istehsal olunmağa başladı.
Makaron kökəməyə səbəb olurmu?
Makaron haqqında ilk növbədə onun kökəlməyə səbəb olduğunu deyirlər. Halbuki, bunun həqiqətlə heç bir əlaqəsi yoxdur. Əslində makaron buğda və sudan ibarət təmiz bir qidadır. Üstəlik, makaronda istifadə edilən buğda çörəkdə istifadə edilən buğdadan fərqlidir. Bu buğdada protein və B vitamini daha çoxdur. Makaron karbohidrat kompleksində ibarət olduğu üçün maddələr mübadiləsi daha tez parçalanır və enerjiyə çevrilir. Maksimum asan həzm olunmasına da səbəb budur.
Makaronun növləri
Makaronun növləri müxtəlifdir. Adi makaronlarla yanaşı vitaminli, yumurtalı, kəpəkli, pendirli və hətta tərəvəzli (pomidorlu, ispanaqlı, bibərli və s.) makaronlar mövcuddur.
Makaronu bişirmək üçün
* Makaronu bişirmək üçün geniş və hündür qazanlar seçin;
* Makaronu çoxlu suda bişirin (məsələn, 500 qramlıq makaron üçün 5 litr su);
* Makaronu qaynatdığınız suya duz atın;
* Makaronu pörtlədərkən hərdən qarışdırın;
* Paketin üzərindəki bişmə müddətinə diqqət yetirin;
* Makaronu süzdükdən sonra üzərindən su axıtmayın.
Hansı makarona hansı sous
Hər makaronu ona uyğun sousla yemək məsləhətdir. Məsələn, spaqettiləri maye yağda hazırlanmış tomatlı souslarla, əriştə tipli makaronları isə pendirli, yumurtalı, kremli souslarla yemək olar. Bundan başqa, burulmuş makaronlarda sulu və tərəvəzli, balıqqulağı makaronları isə ətli və qiyməli souslar daha yaxşıdır.
İstifadəsi
Son illər makarondan istifadə artır. Buna səbəb makaronun ucuz və ləzzətli olması, həmçinin asan və tez bişməsidir. Bu gün dünyanın ən çox makaron yeyən ölkəsi İtaliyadır. Belə ki, İtaliyada adambaşına ildə 27-30 kq makaron düşür. Yunanıstanda bu rəqəm 8.5-9.5, Portuqaliyada 7-8, Misirdə 6.5-7.5 kq-dır.
Qida dəyəri
Makaronun tərkibində bütün vitamin və minerallar var. Digər tərəfdən, makaronun xolesterol təhlükəsi yoxdur. Eyni zamanda makaron asan həzm olunur. Kalorisi az olduğu üçün kökəltmir. Sousla yedikdə belə kalori miqdarı 450-ni keçmir. Qidalandırıcıdır. Çörəklə müqayisədə mineral, protein və lif tərkibli daha zəngindir.
Makaronun vitamin və mineral tərkibi (1 pay üçün)
Su: 12%
Protein: 11,8%
Karbonhidrat: 75%
Yağ: 1,2%
A vitamini: 0.06 mq
B1 vitamini: 0,02mq
B2 vitamini: 0,08 mq
Natrium: 120 mq
Kalium: 160 mq
Kalsium: 20 mq
Fosfor: 200 mq
Dəmir: 2,1 mq