Qadin.NET / Dovşanı necə qarşılamaq lazımdır?

Dovşanı necə qarşılamaq lazımdır?

Dovşanı necə qarşılamaq lazımdır?
Nə Bişirməli? 
Daha çox tərəvəzlərdən hazırlanan yeməklərə üstünlük verməlisiniz. Yeməkləri kök, alma, kələm və göyərti ilə bəzə. Bayram gecəsi masada mütləq kartofla qızarmış göbələkli yemək, vineqred və fransız salatı olmlıdır.
Masada nə olmalıdır?
Süfrəni istədiyiniz rəngdə seçə bilərsiniz. Amma kağız salfetlər və qablar mütləq ağ olmalıdır.
Nə geyinməli?
Nəzərə alın ki, dovşan sintetik və xəzli paltarları sevmir. Buna görə də yaxşı olar ki, bayram axşamı pambıqdan, təbii parçalardan olan libaslar geyinəsiz. Rəng seçiminə gəldikdə isə dovşan buna çox diqqət yetirir. Qışqırdıcı rəngləri heç sevmir. Əgər dovşanın qəlbinə girmək istəyirsinizsə boz, gümüşü, qəhvəyi və göy rənglərə üstünlük ver. Qızıl əşyalarını gümüş və ya bijuteriya ilə əvəz et.
Evi və şam ağacını necə dizayn etməli?
Şam ağacını daha çox işıqlar və gümüşü rəngli oyuncaqlarla bəzə.Ağacın altına kök fiquru qoy. Evi bayramdan bir-iki gün əvvəl təmizləmək lazımdır. Qədim Yapon adətlərinə görə, bayram günü evdə təmizlik edən, tozları silən uğursuzluqla qarşılaşar. Evi pis ruhlardan qorumaq üçün bir neçə yerə pəri fiqurları qoy. Çalış həmin gün evdə çox səs-küy olsun.

28 dekabr 2010
GO BACK