Qadin.NET / Tarixi bina və məbədlər

Tarixi bina və məbədlər

Dünyada müxtəlif qədim tikililər, tarixi abidələr vardır. Hansı ki,  bu abidələrin çoxu illərin sınağından, qarından, boranından keçmiş bu günlərimizə qədər gəlib çatmışdır. Bəzilərinin min illərlə yaşı vardır. Bunlar indiki dövrümüzdə inkişaf etmiş super texnikaların deyil, insanların birbaşa əlinin zəhməti, əməyi ilə ərsəyə gəlmişdir. Yəqin ki, bu abidələr çoxlarımıza tanışdır. Düşünürəm ki, yenə də yada salmaq sizlər üçün  maraqlı olar. 

 

 Xudafərin körpüsü.

Xudafərin körpüsü 1027-ci ildə Şəddadi hökmdarı Fəzl ibn Məhəmməd tərəfindən inşa olunmuşdur. Bəzi hissələri o dövrdəki yürüşlər nəticəsində dağılsa da, müəyyən hissəsi dövrümüzə qədər gəlib çatmışdır. Arazın hər iki sahilini birləşdirən bu körpü - Azərbaycan memarlığının ən mühüm abidələrindən sayılır.

Tarixi bina və məbədlər

Kolizey.

Qədim Romanın ən əzəmətli abidələrindən biri heç şübhəsiz ki Kolizeydir. Ellips formasına malik olub, eni 156 m, uzunluğu 188 m, çevrəsi 527 m, hündürlüyü 48 m olan bu möhtəşəm abidə dünyanın ən böyük, antik amfiteatrı sayılır. Flavi amfiteatrı da adlandırılır. Qladiator və vəhşi heyvanların döyüşləri keçriliən bu abidə hal-hazırda dünyanın yeddi möcüzəsindən biri və Romanın ən mühüm simvolu sayılır.

Tarixi bina və məbədlər

Zəfər tağı.

Fransanın paytaxtı Parisdə yerləşən bu abidənin uzunluğu 44,82, eni 22, hündürlüyü 49,54 metrdir. Tağ iki - şərq və qərb fasadlarından ibarətdir. Tikintisinə 1806-cı ildə başlanmışdır. Napoleon Bonapart, Austerlis döyüşündə qalib gələn fransız əsgərlərinə səslənmiş evinizə zəfər tağlarının altından keçərək dönəcəksiniz demişdir. 1810-cu ildə tikilişinə ara verilmiş, 1832-ci ildə yenidən davam etdirilmiş və 1836-cı ildə bitirilmişdir. O zamanlar mühüm dövlət xadimləri vəfat etdikdə onların cənazəsi də bu tağın altından keçirilməklə dəfn edilirdi. Birinci Dünya müharibəsinin də qələbə paradı bu tağın altında keçirilmişdir.

Tarixi bina və məbədlər

Piramidalar.

Dünyanın yeddi möcüzəsindən biri sayılan, bütün tarixi dövrlərdə arxeoloqların diqqətini cəlb edən piramidalar... Bəzisi dövrümüzə qədər gəlib çatmış bu piramidalar yüz minlərlə qulların, kölələrin canı bahasına başa gəlmişdir.

Tarixi bina və məbədlər

 Stounhenç daşları.

Bu sirli daşların tikilişi, meydana gəlməsi alimlərin hər zaman müzakirə mövzusu olmuşdur. Bəziləri bu daşların fövqəltəbii qüvvələr tərəfindən yaradıldığını iddia etmişdir. Lakin bu daşların tikiliş səbəbi haqqında dəqiq bir məlumat yoxdur. Bəziləri qədimdə rəsədxana, bəziləri dini nöqteyi-nəzər daşıdığını bildirmişdir. Bu abidə haqqında araşdırma dövrümüzdə də davam etməkdədir.

Tarixi bina və məbədlər

Piza qülləsi.

İtaliyada yerləşən bu Piza qülləsi 1360-cı ildə tikilmişdir. Özünəməxsus xarici görünüşü vardır. Çünki baxdıqda az qala yıxılacaqmış kimi görünür. Lakin təbii ki? möhkəm bir tikilidir. Maraqlısı isə odur ki? əyilmiş olsa da, başındakı zənglər düzgün dayanmışdır. Bu abidənin möhkəmliliyini daima qoruyub saxlamaq üçün bugün də müəyyən tədbirlər görülür.

Tarixi bina və məbədlər

16 mart 2016
GO BACK