Qadin.NET / Soyuducuda hansı sağlam qidalar olmalıdır?

Soyuducuda hansı sağlam qidalar olmalıdır?

Soyuducu evin - mətbəxin ən vacib məişət texnikalarından biridir. Soyuducu nə qədər iri olsa bir o qədər xanımlar üçün rahat və əlverişli olur. Kiçik soyuducular sərfəli olmadığına görə biz xanımlar onları heç sevmirik. negative Onsuz gündəlik həyatımızı təsəvvür edə bilirsinizmi?! Əlbəttə, yox! Müxtəlif ərzaqlar, meyvələr, ət məhsulları ilə zəngin olan soyuducuda bəs daha çox hansı sağlam qidalar olmalıdır?

Dr. Mehmet Öz sağlam, qüsursuz soyuducuda nələrin olmasını açıqlayıb. Buyurun, siz də "Qüsursuz soyuducu" ilə tanış olun.

Qayda 1

Həmişə ehtiyat üçün soyuducuda müxtəlif ərzaqlar, qidalar olmalıdır.

Yumurta: Yumurtanın tərkibində sağlam xolesterol var və ürəyin "dostudur".
Süd: Süd məhsulları alarkən az yağlı olanları alın. Qarşınıza çıxsa, badam südünü də ala bilərsiniz.
Tam taxıl tərkibli çörək: Bir dilimində ən azı 3 qram lif olan çörəklərə üstünlük verin.

Soyuducuda hansı sağlam qidalar olmalıdır?

Qayda 2

Soyuducunuzu proteinlə doldurun. 

 Soyuducunuzdakı dana qiyməsini aşağıdakı daha az yağlı seçimlərin biriylə dəyişdirməyiniz məsləhətdir:

Toyuq: Yağsız döş əti və bütöv toyuğa üstülük verə bilərsiniz.

Yağsız hind toyuğu (hinduşka): Əlavə nitratı olmayan məhsullar və ya dana əti yerinə hind toyuğundan istifadə edin. 

Soyuducuda hansı sağlam qidalar olmalıdır?

Qayda 3

Ədviyyatları yeniləyin.

Uzun, sağlam ömrə və sağlam ədviyyatlara üstünlük verin: Sarımsağı şüşə qabda saxlayın, şəkər əlavə edilməyən meyvə marmeladları, xardal və s.-dən istifadə edin.

Soyuducuda hansı sağlam qidalar olmalıdır?

Qayda 4

Süt məhsulları rəfini yeniləyin.

Yüksək nisbətdə yağ tərkibli pendir çeşidlərindən istifadə etməmək üçün ədvalı və ya daha az yağ tərkibli pendir növlərinə üstünlük verin. Təbii ki, bunların yerinə süzmə və qatıqdan istifadə etmək ən doğru yoldur.

Sürtgəcdən keçirilmiş parmezan pendiri: Parmezan pendirinin dadını bilmək üçün çox yemənizə gərək yoxdur!

Keçi pendiri: İnək südündən hazırlanan pendirlərə nisbətən daha az yağ və daha az kalori tərkibli, ləzzətli və yumşaq keçi pendirini seçə bilərsiniz.
Süzmə, qatıq: Protein baxımından olduqca zəngin və yemək bişirirkən istifadə edə biləcəyiniz gözəl qidalardır.

Soyuducuda hansı sağlam qidalar olmalıdır?

Qayda 5

Meyvə və tərəvəzləri bol edin.

Soyuducudakı meyvə-tərəvəz saxlama qabında göy qurşağının bütün rənglərindən olmalıdır: qırmızı, narıncı, yaşıl, bənövşəyi və qəhvəyi rəngdə... Bütün bunları soyuducudakı meyvə-tərəvəz qabınıza yerləşdirə bilmirsinizsə, dondurulmuş tərəvəzlərə də üstünlük verə biləcəyinizi unutmayın: qırmızı bibər, pomidor, alma, portağal, limon, ispanaq, qırmızı kələm, üzüm və göbələk.

Soyuducuda hansı sağlam qidalar olmalıdır?

Qüsursuz alış-veriş səbəti

Sağlamlıq alış-veriş səbətinizdən başlayır. Amma supermarketlərdə o qədər çox çeşid var ki, bəzən sağlam seçimlər etmək çətinləşir. Aldığınız qidaların içində sağlamlıq problemlərinə və artıq kaloriyə səbəb olan gizli duz və şəkər ola bilər. Alış-veriş səbətinizə qablı qidalardan qoyarkən paketin üstündəki bu rəqəm və göstəricilərə diqqət edin: "4 qram və ya daha az doymuş yağ, 600 mg və ya daha az duz, 500 və ya daha az toplam kalori, 4 qram və ya daha az şəkər, tərkibində trans yağ, süni dadlandırıcılar yoxdur, şəkər, spirt tərkibli deyil" və s.  

Hidrogenləşdirilmiş yağ tərkibli qidalar sağlamlığımıza nə qədər zərərlidir?

Soyuducuda hansı sağlam qidalar olmalıdır?

Şəkər, duz, yağ...

Hazır qidaların içində bir çox zərərli maddələr var. Bunların arasında ən pisi isə hidrogenləşdirilmiş yağlardır. Trans yağ kimi də tanınan hidrogenləşdirilmiş yağlar ən zərərli yağ növüdür. Gündə sadəcə bir qram trans yağ yemək ürək xəstəliyi, diabet, piylənmə və hətta bəzi xərçəng növlərinə tutulma riskini artıra bilir. Bu qidalardan gündə sadəcə üç porsiya yeyərək trans yağ limitini keçmiş olursunuz. Buna görə də çips, mikrodalğalı sobada hazırlanan popkorndan (qarğıdalı) uzaq olun, ziyandır. Mətbəx üçün alış-veriş edərkən qidanın etiketində yazılan yazıların bir qismini oxuyun və hazır popkorn almaq əvəzinə özünüz evdə hazırlayın. 

17 mart 2016
GO BACK