90-cı illərdə həyatımıza daxil olan internetlə gündəlik həyatımızda bank ödənişlərindən sağlamlığa, yemək təriflərindən oyuna qədər bir çox işimizi texnologiyanın təqdim etdiyi imkanlarla həll edirik. Ancaq mütəxəssislər kompüter və internet istifadəsinin təmin etdiyi üstünlüklərin eyni zamanda bir çox problemlər yaratdığını qeyd edirlər.
Psixoloqların fikrincə əsasən məlum olmuşdur ki, internetin informasiya və kommunikasiya qaynağı olmasından əlavə, bəzi şəxslərdə asılılıq yaradır. Nəticədə yenilik xəstəliyin - internet və kompüter asılılığının yaranma təhlükəsi ilə üz-üzə qalındığını qeyd edilir.
Bir çox insan real həyatda qarşılığını ala bilmədiyi ehtiras və həyəcanı virtual dünyada yaşamağa çalışdığı üçün internet istifadə edilən məlumatlandırıcı vasitədir. Kompüter texnologiyasının müsbət tərəfləri olmaqla yanaşı, mənfi tərəfləri də mövcuddur. İnternet istifadəçiləri evlərini tərk etmədən virtual olaraq dünyanı gəzə bilər və real həyatda qarşılaşmayacağı insanlarla ünsiyyət qurmaq imkanına sahibdir.
İnternetdən asılı qruplar
İnternet ictimai ünsiyyəti artıran, amma eyni zamanda ictimai izolyasiyaya səbəb olan bir vasitədir. Həm ünsiyyəti asanlaşdırır, həm də ünsiyyəti pozur. Gündəlik həyatımızda internet və kompüter asılılığının çox fərqli tiplərini görürük. Psixoloqların fikrinə görə, internet və kompüter asılılığının praktikada 5 fərqli tipinə rast gəlinir.
Bunların ilki erotik və pornoqrafik səhifələrə maraqlı olan asılılardır. Bu hala adətən kişilər arasında daha çox rast gəlinir.
İkinci sırada özünə yoldaş axtaranlardır. Bu qrupa virtual əlaqəyə marağı olanlar daxildir. Görüşmə yeri çox vaxt söhbət otaqları olur.
Üçüncü qrupda "online qumarbazlar" deyilən virtual qumarxanaların və alver saytlarının müştəriləri olur.
Dördüncü qrupda yeni məlumatlara çatmaq üçün saatlarla saytdan-sayta keçib, informasiya yükləməsindən həzz alan məlumat maraqlıları gəlir.
Beşinci qrupa isə kompüterə və kompüter texnologiyasına başı qarışmış və ümumiyyətlə avtomobil yarışı kimi kompüter oyunlarına marağı olan gənclər və yetkinlər daxildir.
Asılılıq insanları təcrid edir
İnternetdən asılı olanlar kompüter önündə olduqca çox zaman keçirdikləri üçün məcburiyyət olmadan ailələriylə ünsiyyət qurmurlar. Bu tip insanlar zamanla boşluğa düşürlər. Depressiya, özünü yaxşı hiss etməmək və əhvalın pozulması halları baş verə bilər. Belə insanlarda ictimai fobiya inkişaf edə bilər. Özünə etibarı olmayan insanlar internetdə fərqli şəxsiyyətə çevrilib, özlərini olduqları kimi deyil, daha yaxşı, daha cəsur, daha etibarlı və daha güclü göstərə bilərlər. Saytlardakı şərhlərində sanki ədəbiyyat dərsi keçirlər. Belələri əslində virtual maska ​​taxmışlar. Həmin maskanın arxasına sığınıb özünü olduğundan daha yaxşı göstərməyə çalışırlar. Bu da həmin insana zamanla çox zərər verər. Çünki insanın gerçək şəxsiyyəti ilə virtual dünyadakı şəxsiyyəti bir-biriylə uyğun olmadığından bu cür fərdlər "ikili şəxsiyyət" halını yaşayarlar. "Görəsən hansı mənəm?" - deyə bəzən fikiləşirlər.
Ailədə münasibətlər güclü olmalıdır
İnternet asılılığının hələ bir xəstəlik olaraq qəbul edilmədiyiniə baxmayaraq, bu yolda sürətlə irəliləyiş var. Bu asılılığa tutulmağn qarşısını alan amillər arasında ailə münasibətlərinin güclü olması mühüm yer tutur. Buraya ailə daxilində təyin olunmuş qaydalar və təcrübədən keçmiş sistemlərin olması, ictimai sahədə güclü əlaqələrin qurulması, müxtəlif vərdişlərin qazanılması və inkişaf etdirilməsi ilə ailələrin uşaqlarıyla yaxın əlaqədə olması da daxildir.