Qadin.NET / Həyatda dörd şey

Həyatda dörd şey

Həyatda dörd şey

Dörd şey xoşbəxtlik əmələ gətirir -- təmiz əsl, təmiz ürək, təmiz əl və müstəqil rəy.

Dörd şey xoşbəxtliyə sübutdur -- düz danışmaq, sirri möhkəm saxlamaq, həmişə təvazökar olmaq və halallıq ilə kəsb eləmək.

Dörd şey hamıya lazımdır-- itaət, nəsihət, şəfqət və əmanət.

Dörd şeyi geri qaytarmaq olmaz-- deyilmiş sözü, keçmiş qəzanı, atılmış gülləni və ötmüş ömrü.

Dörd şeyi dörd şeysiz eləmək olmaz--düşmən ilə dost olmasan onu məhv etmək olmaz, səbr etməsən arzuna cata bilməzsən, təvazökarlıq etməsən məhəbbət artıra bilməzsən və səy etməsən elm əldə edə bilməzsən.

Dörd şey işləri tamamlayır--böyüklərə yaxınlıq, tarixi bilmək, düz adamların tədbiri və dostların rəvayətlərini eşitmək.

Dörd şeydən ehtiyat etmək gərək-- tələsməkdən, acıq və qəzəbdən, paxıllıq və pislikdən, təkəbbürdən.

Dörd şey bədbəxtlik nişanəsidir-- tənbəllik, cahillik, insaniyyətsizlik və kimsəsizlik.

Dörd şəxsdə dörd şey olmaz-- yalançıda mürvət, paxılda xoşbəxtlik, məsud adamlarda rahatlıq, bədxasiyyətdə böyüklük.

Dörd şey bütün xalqlar üçün yaxşıdır-- ədalət və doğruçuluq, ağıl və bilik, təkamül və səbr, həya və utanmaq.

20 dekabr 2010
GO BACK