Biri ilə yaxınlaşırsız. Nəticədə, bir can yaranır canınızda. O canı ilk olaraq Allah göndərir, çünki qismətində məhz o tarixdə, o saniyədə məhz sizin bətninizdə yaranmağını Allah təmin edir. İlk olaraq ona bədən verir, kiçik də olsa, yenə də heç nədən nəsə yaradır. Allah o bədənə ruh da verir. Artıq kiçik bir insan yaranır. Anasının qanı, canı ilə inkişaf edir. Anasının hələ bundan xəbəri yoxdur. Amma günlər keçdikcə anası şübhələnir ki, nəsə yerində deyil. Yoxlanılır və hamilə olduğu meydana çıxır. Amma uşaq nə bilsin ki, anası onu sevmir, onu qəbul etmək istəmir?!
Xəstəxanada qeydiyyata düşür, abort elətdirəcəyi gün məlum olur. Uşaq isə elə rahatdır ki, yerində xoşbəxtdir ki, dünyaya gələcək. Anası onu heeeeeeç vaxt incitməyəcək və onu hər zaman qoruyacaq.
Qadın həkim otağına daxil olur, ginekoloq kreslosunda uzanır. Həkim alətləri hazır edir. Uşaqsa, hələ öz yerində rahatdır və heç nədən şübhələnmir. Bu an yad bir cismin ona tərəf yönəldiyini hiss edir, əlindən gələni edir ki, o cisimdən canı qurtarsın, amma alınmır. O cisim artıq bədənini incitməyə başlayır, qışqırsa da, Yaradanından başqa heç kim onu eşitmir. Bədənini tikə-tikə edirlər, o tikələri çölə çıxardırlar, zibil kimi atırlar. “Axı günahım nə idi???” ...
Əməliyyat bitdi!
Ana hər şeyi unutdu, o xoşbəxtdir, həkim pulunu cibinə qoydu, o da xoşbəxtdir, uşaq isə ... uşaq artıq yoxdur.
Bu yazını məcbur deyil ki, hamınız oxuyasız, amma içinizdə ola bilsin ki, bir qrup insanlar var ki, aborta adi proses kimi baxırlar, şərh yazmasalar da, onların bu yazını oxumağı məcburidir!!!