Qadin.NET / "Onlar" Ukraynada Azərbaycanı təmsil edir!

"Onlar" Ukraynada Azərbaycanı təmsil edir!

 

"Onlar" Ukraynada Azərbaycanı təmsil edir!

 

Nəzərə alsaq ki, mən ancaq Qadın.net saytındayam, burada qeydiyyatdayam, o zaman bildiyim informasiya ilə sizinlə bölüşmək istəyirəm. Azərbaycandakıların çoxusu yəqin ki, bilmir Ukraynada ümumdünya ekstrasenslərin yarışması («Битва экстрасенсов. Война миров»)  keçirilir ki, bu yarışmaya bizim 3 həmvətənimiz qatılıb: Səbuhi İmanov, Kamran Səmədov və Xəyal Ələkbərov. Xəyal ilə Səbuhi vaxtilə Azərbaycanın “Ekstra hiss” layihəsində iştirak etmişdilər. Yarışmada müsiflər heyətinə 3 insan daxildir:

1. Bu yarışmanın Ukraynalı aparıcısı Pavel Kostitsın.

2. Dünyada məşhur olmuş amerikalı tanınmış insan ki, insanların gözü qabağında metal qaşıq, çəngəlləri əlində sadəcə tutaraq əyə bilir – Uri Qeller.

3. Məşhur rus aparıcısı Dana Borisova.

 

"Onlar" Ukraynada Azərbaycanı təmsil edir!

 

İştirakçıların hamısı çox güclüdür. Kimin sonda qalib olacağı çox çətin sualdır. Hər verilişdə biri azca zəif olan kimi yarışmanı tərk edir. Bütövlükdə isə təsəvvürünüzə gətirin ən güclü ekstrasensləri 1 yerə toplasaq nə olar? Tapşırıqlar da asan deyil. Amma bizim azərbaycanlılar hələ ki, yerlərində möhkəm durublar və yarışmada yaxşı mənada ad çıxarıblar. Hər verilişdə güclü ekstasenslər kimi onların adları çəkilir. Veriliş artıq çəkilmiş olmasına baxmayaraq efirə hələ indi yavaş-yavaş verilir, həftədə 1 dəfə bazar günləri Ukraynanın "STB" kanalında.

 

İştirakçıların siyahısı:

 

"Onlar" Ukraynada Azərbaycanı təmsil edir!

 

Ukrayna – Aleksandra Şepelenko


Ukrayna – Pavel Lyuendişev


Nigeriya – Moduako Qrandson


Rusiya – Vladimir Melyuxin


Dağıstan – Fəridə Məmmədova


Tuva – Marina Xomuşku

 

Britaniya – Anna Qalers


ABŞ – Ceniffer Vollens


Azərbaycan – Xəyal Ələkbərov


Azərbaycan – Kamran Səmədov


Azərbaycan – Səbuhi İmanov


Rumıniya – Rodika Qeorge

 

 

 

P.S. - Kiminsə Ukraynalı TV kanalına baxmaq imkanı yoxdursa, internet sürətiniz yaxşı olduğu halda bu verilişə baxmağınızın 2 yolu var:  online və yükləmə yolu ilə.

Online baxmaq üçün bu linkə daxil olub son videolara baxın:    LİNK-"STB"   Yükləmək üçün ise şəxsi ismarıcla müraciət edin, köməklik etməyə çalışaram.


23 noyabr 2010
GO BACK