Qadin.NET / Xöşbəxt olmağı bacarmaq lazımdır

Xöşbəxt olmağı bacarmaq lazımdır

 





Necə xoşbəxt olmalı?

Allah bizi yaradıb xoşbəxt olmaq üçün .Ən birinci gərək öz bacarığına və nailiyətinə inanasan.Birdə özünü Allahın sevimli bəndəsi hesab edib onun ətəyindən yapışasan.

Özündən pis fikirləri uzaqlaşdırasan. Heç vaxt deməyəsən:


1.Məndə heçnə alınmır .

2.Mənim bəxtim yoxdu.

3.Mən bacarmaram.

4.Mən heç kimə və heç nəyə inanmıram

5.Ola bilməz

6.Bu həyatdan bezmişəm

7.Mən belə kök olmasaydım.

8.Bu mənimçün çox çətin olar


Unutmayın ki, bizi eşidən və qoruyan mələklər var .Onlar bizim ürəyimizdən keçən istəkləri oxuyur .Ona görə fikirləşəndə də gərək yaxşı şeylər haqda fikirləşək.Məsələn özümüzü tərifləyək ..Mən bacararam ,mən sağlamam,mən inanıram,mən tək deyiləm və sair və ilaxir.

Həyatda nailiyyət qazanan adamı eşitmək lazımdı .Heç zarafatla da özünə pis demık olmaz.

Varlanmaq istəyinə görə utanmaq lazım deyil .Pul adamı dəyişir ,pullu olmaq təhlükəlidi fikri yalnışdı.Nəyi pisdi ki, pulumuz olsun ürəyimizdəkiləri həyata keçirək .Kimlərəsə kömək edək .Əvvəl Allah, sonra biz.Və sonda unutmayaq, ən böyük məhəbbət,ən çox var –dövlət Allahımıza olan sevgimizdir.

19 noyabr 2010
GO BACK