Qadin.NET / Marqarin yağları haqqında

Marqarin yağları haqqında

Marqarin yağları haqqında

Bir marqarin yağları istehsal edən məşhur firmanın marqarin yağlarına olan şübhələrə əsasən açıqlaması.

Marqarin nədir? Necə əldə edilir?

    Bitki mənşəli marqarin müxtəlif bitki mənşəli yağ qarışıqlarının dəyişik nisbətlərdə su, yağsız süd və süd törəmələriylə qarışdırılması nəticəsində əldə edilən bir yağdır. Bazarda olan bir çox marqarin də bitki mənşəli yağlardan əldə edilir. Yağlı toxumlardan əldə edilən yağlardan (zeytun yağı istisna olmaqla) xam halda istifadə edilmədiyi üçün bütün yağlar müxtəlif fiziki və kimyəvi əməliyyatlar tətbiq olunaraq yeyilə biləcək hala gətirilir. Öncə uyğun olan qatı və maye yağ birləşməsi təyin olunur. Daha sonra bu birləşmədən yağsız süd və ya süd zülalı kimi komponentlərin lazımi vitaminlərlə və su ilə qarışdırılması vasitəsilə istənilən ləzzət və qida dəyərləri yaradılır.

     Bitki mənşəli yağların tərkibində xolesterol yoxdur və doymamış yağlarla zəngindir. Bundan əlavə, bədənimizin öz-özünə əldə edə bilmədiyi və mütləq kənardan alınması lazım olan əsas yağların da qaynağıdır. Xüsusilə yalnız yağda əriyən bəzi vitaminlərlə zəngindir. Sağlamlığa faydası olan mikroqida elementlərini daşıyır.

     Bitki mənşəli yağların tərkibində olan doymamış yağlar, E vitamini, omeqa-3 və omeqa-6 ailəsinə aid olan yağ turşuları kimi qida elementləri vardır. Bu elementlər böyümə və inkişafda əhəmiyyətli rol oynayır.

     Doymamış yağlar bədənimiz üçün lazım olan yağlar baxımından zəngindir. Eyni zamanda vitamin cəhətdən də zəngindir. Günəbaxan, soya və palma kimi bitki mənşəli yağlar və bu yağlardan əldə edilmiş məhsullar doymamış yağ nisbətinə malikdir.

     Dünya Sağlamlıq Təşkilatına görə, gündəlik qidalanmada yediyimiz yağların ən çox 1/3-nin doymuş yağ,  təxminən 2/3-nin də doymamış yağ olması lazımdır.

     Buna görə də gündəlik enerji ehtiyacı 2000 kalori olan şəxs bir qram yağ 9 kkal olduğundan təxminən 60-70 qram yağdan istifadə edə bilər. Bunun da təxminən 20 qramı doymuş yağlardan ola bilər.

     Bir dilim çörək üzərinə sürtülmüş marqarinin tərkibində ən çox 1,5-4 qram doymuş yağ olduğu üçün rahatlıqla gündəlik qidalanmada istifadə edilə bilər. 

Marqarin yağları haqqında
Trans yağ nədir? 

     Yağ turşularının strukturca dəyişikliyə uğraması nəticəsində ortaya çıxan yağ turşularına trans yağ turşusu, tərkibində bunlar olan yağlara da trans yağ deyilir. Bu dəyişiklik yüksək istilik, yüksək təzyiq və fermentlər vasitəsilə meydana gəlir. Yeni texnologiya bu vəziyyətlərdən təsirlənmədiyindən "trans" forma meydana gəlmir. Köhnədən tətbiq olunan hidrogenizasiya əməliyyatlarında bir qədər trans yağ meydana gəlirdi. Ancaq 1990-cı illərin əvvəlindən etibarən "Unilever" kimi dünyada ən inkişaf etmiş modifikasiya texnologiyalarını tətbiq edərək marqarinlərdəki trans yağ nisbətini 1%-dən aşağı endirdilər. Bu cür hazırlanan məhsulların üzərində də "Trans yağ yoxdur" logosu mütləq olur.

Trans yağ LDL dediyimiz qandakı pis xassəli xolesterolu yüksəldir, HDL dediyimiz yaxşı xassəli xolesterolu aşağı salır. Buna görə də ürək sağlamlığı üçün trans yağdan istifadəni mümkün olduqca ən aşağı səviyyəyə endirmək lazımdır.

Xolesterol nədir?

     Xolesterol süd, yumurta və ət kimi heyvan mənşəli qidalarda olur. Bitki mənşəli qidalar və yağlarda isə xolesterol yoxdur. Türkiyədə çıxarılan bütün marqarinlər 100 % bitki mənşəli olduğundan və hətta yağsız süddən istifadə edildiyindən tərkibində xolesterol olmur. Bundan əlavə, marqarinlər çoxlu doymamış yağlarla zəngin olduğu üçün sağlam qidalanma rejimində rahatlıqla yer ala bilər.

     Marqarinlərin tərkibində xolestrol olmadığı üçün təkbaşına ürək-damar xəstəliklərinə də yol açması mümkün deyil.

     Sağlam qidalanma rejimində enerjinin 30%-nin yağlardan alınması təklif edilir. Buna görə də alınması lazım olan yağ miqdarını yağ növləri arasında nizamlamaq daha faydalıdır. Ancaq maye yağlar bunun üçün yetərli olmayacağı üçün marqarin də balanslı qidalanmada yer ala biləcək alternativdir.

     Mütəxəssislər yetkin fərdin gündəlik yağ istifadəsinin 60-70 qram olmasını tövsiyyə edir. Bütün bitki və heyvan mənşəli qidaların tərkibində yağ var və yağlar böyümə, inkişaf və insan sağlamlığının davamlılığı üçün əhəmiyyətlidir. Yağ bədən üçün əsas enerji qaynağıdır. 

Marqarin yağları haqqında

     Marqarinlərdə olan A, D və E vitaminlərinin əhəmiyyətinə baxaq:

- A vitamini görmə qabiliyyətində, dərinin daha sağlam olmasında və immunitet sistemində əhəmiyyətli rol oynayır.

- D vitamini kalsiumu təmin edərək sümük və dişlərin güclənməsində təsirlidir.

- E vitamini antioksidan xüsusiyyəti ilə hüceyrə divarının qorunmasına kömək edir.

     Marqarinlərdə A, D kimi yağda əriyən vitaminlər var. Böyümə və inkişaf çağında olan uşaqların enerji ehtiyacları yetkinlərlə müqayisədə daha yüksəkdir. Marqarin yuxarıda saydığımız xüsusiyyətləri etibarilə yaxşı variantdır.

     Böyüməkdə  olan uşağın yuxu saatları yetkinlərə nisbətən daha uzundur. Oyandığı zaman günə başlamadan əvvəl bir-iki dilim üzərinə marqarin çəkilmiş çörək ilə nahar etməsi enerji ehtiyacını qarşılamağa kömək edəcək.

     Elmi araşdırmalarla insanın 50-yə yaxın qida elementinə ehtiyacı olduğu, sağlam böyümə və inkişafı, uzun ömür sürməsi üçün bu elementlərin hər birindən gündəlik nə qədər alınması lazım olduğu təyin olunmuşdur. Bu elementlərin hər hansı biri qəbul edilmədiyi, lazım olduğundan az, ya da çox qəbul edildiyi zaman böyüməyə və inkişafa maneə törətdiyi elmi cəhətdən sübut edilmişdir.

Marqarin yağları haqqında

     Orqanizmin inkişafı və yenilənməsi üçün lazım olan enerji və qida elementlərinin hər birinin kafi miqdarlarda qəbul edilməsi və bədəndə uyğun şəkildə istifadə edilməsi vəziyyəti kafi və balanslı qidalanma adlanır. Qida elementləri bədənin ehtiyac duyduğu səviyyədə qəbul edilmədiyi təqdirdə kafi enerji meydana gəlmədiyi və bədən toxumaları inkişaf edilə bilmədiyi üçün qeyri-kafi qidalanma vəziyyəti meydana gəlir.

     İnsan kifayət qədər yeməsinə baxmayaraq, uyğun seçim edə bilmədiyi ya da səhv bişirmə üsulu tətbiq olunduğu zaman qida elementlərinin bəzilərində itkilər baş verir və sağlamlıq pozulur. Bu vəziyyətə balanssız qidalanma deyilir.

     Yağlar əlavə olunduğu qidalara ləzzət verir, eyni zamanda bədənin normal işləməsi üçün həyati əhəmiyyətə sahib olan qida elementlərindəndir. Orqanizmi meydana gətirən hüceyrələrin bütünlüyünü qoruya bilmələri və vəzifələrini yerinə yetirə bilmələri üçün lazımlı olan ən əhəmiyyətli qida elementlərindən biri yağlardır.

     Bir qida maddəsində yalnız zülal quruluşunun dəyişməsi şərtlərində GDM-dən (genləri dəyişdirilmiş məhsullar) söz gedə bilər. Yağ molekullarında zülal olmadığı üçün belə orqanizm dəyişikliyi qəti mümkün deyil. Hətta GDM-li yağlı toxumdan əldə edilsə də, yağların heç birində GDM olmaz. Buna görə də heç bir bitki mənşəli marqarində GDM yoxdur.

17 mart 2016
GO BACK