Qadin.NET / Bakteriyalar

Bakteriyalar

Bakteriyalar

Yunanca "kiçik çubuq" mənasını verən bakteriya (bacterium) sözü 19-cu əsrdə elm lüğətinə girdi. Bakteriyaların uzunu 2-10, eni isə 1-2 mikron olur. Yəni 10 min bakteriyanı yan-yana düzə bilsəniz, təxminən 2,5 santimetr olar. Rəngsiz olduqlarından

mikroskopla görmək asan deyil. Xüsusi boyalar qatılaraq rəngləndirildikdən sonra bakteriyaları izləmək mümkün ola bilər.

Bakteriyalar yayılmaq üçün kifayət qədər qida və mühit tapa bilirlər. Hava ilə ətrafa yayılan bakteriyalar əlverişli mühit tapdıqları zaman təkrar çoxalmağa başlayırlar.

Bakteriyalar

Bakteriya növlərinin çoxu zərərsizdir. Üstəlik insanlara bir çox şəkildə xidmət edirlərMəsələn,  bakteriyalar olmasaydı, torpağın məhsuldarlığını qorumaq, bitki yetişdirmək, yəni həyatın davam etməsi təmin etmək çətin ola bilərdi. Bakteriyalar olmadan ayran, qatıq, sirkə, pendir, turşu kimi qida maddələrini də əldə etməyimiz mümkün ola bilməzdi. Bəzi heyvanlar da bakteriyalardan həzm üçün faydalanırlar. Bu heyvanların mədələrində olan bakteriyalar sellülozu parçalayaraq həzmə kömək edirİnək və qoyun kimi heyvanlar üçün bakteriyalar həyati əhəmiyyət daşıyır. Bundan başqa, insanların da həzm sistemində bəzi faydalı bakteriyalar olur. Bu bakteriyalar K vitamininin meydana gəlməsini təmin edirlər. Azot, fosfor, karbon kimi elementlərin təbiətdəki çevrilməsini həyata keçirirlər.

Bakteriyalar

Bakteriyaların bəzi mənfi təsirləri də vardır. Su çirklənməsinin birinci səbəbkarı bakteriyalardır. Kanalizasiya və sənaye tullantıları istifadə suyu qarışdıqları zaman bakteriyalar su içində çoxalmağa başlayırlar. Bəzi bakteriyalar isə qidalarda sürətlə çoxalırlar. Bu bakteriyalar ağır qida zəhərlənməsinə yol aça bilər, hətta sonu ölümə qədər gedən ciddi bir problem yarada bilərlər.

Bakteriyaların nə üçün xəstəliklərə gətirib çıxardığı hələ də tam olaraq bilinmir. Eyni zamanda bəzi xəstəlik növlərinə səbəb olan bakteriyaların ifraz etdiyi toksinlərin olduğu məlumdur. Toksin ifraz edən bu bakteriyalar üst tənəffüs yoluna yerləşərək toxumaları dağıdıb difteriya xəstəliyinə səbəb olur. 

Bakteriyalar

Bakteriyalardan qorunmanın yolları:

Hər zaman sağlam olun! 

25 may 2013
GO BACK