Qadin.NET / Güllərin özəlliyi

Güllərin özəlliyi

Güllərin özəlliyi

Güllər adları qədər də  gözəldir.Onlar dinməz-söyləməz olsalar da müsbət auraları ilə bizim hisslərimə təsir edər və bizim dilimizdə danışarlar.Xanımlar da gül kimi gözəl və təravətlidirlər.Elə isə bu gözəlliyi qarşımızdakı insanlara necə təqdim  etməli?

Ümumiyyətlə qonaq gedərkən gülü sol əlinizdə tutmalısınız.Bu sizin  ev sahibi ilə sağ əllə rahat görüşmənizə şərait yaradacaqdır.Qapıdan içəri daxil olduqda gül dəstəsini həmin an ev sahibinə teqdim etməli hədiyyənizi isə  yalnız otağa daxil olduqda vermək daha məsləhətlidir.

Güllərin özəlliyi

Gül dəstəsini qəbul edən ev yiyəsinin diqqət edəcəyi incəliklər

 1.Heç vaxt gülü qəbul edib  onu hara gəldi atmayın.İlk öncə gülü yerləçdirib sonra qonağınizla məşğul olun.Əmin olun ki sizin bu addımınız qonağınızıin ürəyincə olacaq.

2.Gülü qəbul edərkən bu qədər pul xərcləməyə nə gərək vardı sözlərini əsla istifadə etməyin.Sadəcə teşekkür etməniz bəs edər.

3.Güllərin uzun müddət təravətli qalmasını istəyirsinizsə 3 litr suya yarim həb  aspirin əlavə edib gülləri yerləşdirin.Bu güllərinizin daha gözəl  qalmasını təmin edəcəkdir.

4.Güldanı əsla yel əsən yerde saxlamayın.Çünki güllər hava cərəyanını sevmir.

 

Güllərin özəlliyi

Tünd qırmızı-sakit məhəbbət,minnətdarlıq,adi qırmızı -sevgi qığılcımı, çəhrayı- zəriflik, ağ- sadəlik, sarı- xəyanət mənalarını bilririr.
1ədəd gül-Sən mənim bütün varlığımsan.3 ədəd-dünyanın hər bir yerinə səninlə getmək istəyirəm.5 ədəd- səni sevirəm.7 ədəd-
gül adətən toy günü hədiyyə olunur.9 gül-sənə dost kimi hörmət edirəm.11 gül-sən mənim dostumsan.13 gül-nifrət edirəm.
Xanımlar diqqətli olun-Əgər qarşınızdakı şəxs  gül dəstəsini iki əli ilə tutub  və bağrına basıbsa bu oğlanın utancaqlığını bildirir.Əgər gülü gərilmiş vəziyyətdə verirsə demək ki, güldən tez canını qurtarmaq istəyir.
Əgər əli rahat durmayıb gülü düzəldirsə,bu onun özünə qarşı inamsızlığıdır.
Əgər qarshınızdakı şəxs gülü verib  həmin an ya başqası ilə söhbətə başlayırsa ya getməyə tələsirsə onun sizə qarşı biganəliyini anlatır.Əgər şəxs gülü tələsmədən xanıma verib xoş sözlər deyib gözlərinə diqqətlə baxırsa bu artıq ideal variantdir.
Və sizə qarşı olan sevginin diqqətinin nə dərəcədə böyüklüyünün təcəssümüdür.
Baxmayaraq ki real həyatda bu cur hallara çox az rast gəlinir.Sonuncu ideal variantı bütün xanımlarımıza arzu edirəm.Amin  inşallah )
24 fevral 2016
GO BACK