Qadin.NET / Qadın nədir? Nə deyildir?

Qadın nədir? Nə deyildir?

 

Qadın nədir? Nə deyildir?

İllərdir qadının bir qul kimi işlədildiyi, olmazın işlərə sürükləndiyi və kişilərə xor görsəndiyi deyilir. Kimi zaman qəlbimizi dağlayan  səhnələrə şahid  olduğumuz olmuşdur və ya son zamanlarda televizorlardan və ya qəzetlərdən  qadınların çeşidli zorlamalara başqa bir anlamı ilə zorlu işlərə sürükləndiklərini eşitmişikdir. Bu səbəbdəndir ki, kişilərin gözü ilə  haqsız olan qadının azadlığını garanti altına alınmasının lazım olduğu vurğulanır.

 

Peyğəmbər (S.Ə.V) əfəndimizin  hədislərində və  gerçək yaşamında qadına zülm edilməməsinin lazım olduğunu  ifadə etmişlər və cənnətin, analarımızın  ayaqlarının altında olduğunu belə  söyləmişdir. Bu mövzuda  din alimləri  başda olmaqla  şərhsiz  bütün müsəlman aləmi həm fikirdir. Ancaq birazdan  elə bir vəziyyəti  ortaya qoyacağıq ki,  siz əsil əsir kimdir özünüz  qənaətə gələcəksiniz  və kişilərin ;''hmm düzdü'',''tam mənim söyləmək istədiklərim, ifadə0 etməyə çalışıb da ortaya qoya bilmədiyim” deyəcəkləri, qadınların da əlini qolunu bağlayıb müdafiə  mexanizmalarını donduracaq tərzdə şeylər bunlar. Kişi gözüyle baxıldığında ortaya çıxan bir nəticə deyil bu.

Bir fərd olaraq  qadın da olsanız kişi də olsanız razı olmaya bilərsiniz, ancaq edilən araşdırmalar  çox şok və ola bildiyincə açıq.

Ümid edirəmki hər iki tərəf də ''Həyat Müştərəkdir'' fəlsəfəsini şüar edərək  bir-birlərini başa düşən insanlar olsunlar...

Budur  bir qadın nədir? Nə olmuşdur?'un cavabı:

Qadınların kişiləri  ovuclarında oynatmaq üçün programlanmış bir yolları var. Bu qanunlar, hər xatuna  qadınlık hormonlar ilə  birlikdə keçir, genetik olaraq davam edir. Qadın genlərindəki kodların şifrələrini açdığınızda qarşınıza çıxan siyahı  qısaca belədir:

 Heç vaxt əslində nə  düşündüyün şeyi söyləmə. Əsla!

 Hər zaman anlaşılmaz ol

 Aylar əvvəl müzakirə edilmiş bir mövzunu  gündəmə gətir, dava çıxart.

 İllər  əvvəlki bir mövzunu  gündəmə gətirərək davam et.

  Sənin kişinin  hər şey üçün üzr istəməsinə şərait yarat.

 Ağla və  “Həmişə sənə görə belə olur” de.

 Sevgilinin və ya yoldaşının iş çantasına, paltarının cibinə, maşınının bir  gözünə üzərində “Səni sevirəm” yazılan kağızlar qoy .

 Kişinin gözünün içinə bax sonra bir qəh qəhə çək,  o nə olduğunu başa düşməsin , bir qəh qəhə də çək.

 Ağla.

  Kişi sənə “Gözəl gözlərin var” deyəndə “Elə bu?” deyə sual ver..

 Hər yerə və her şeyə gecik. Amma o olursa bar-bar bağır.

 “Başa sala bilirəmmi səni?” de və gözlərinə bax, sonra  kişinin söyləyəcəyi hər şeyə

“Başa düşməmisən” cavabini ver.

 Atanın silah kolleksiyasından, qardaşının qara kəmər karateçi olduğundan danış.

 Ailədəki hər kəs mənə “Şəhzadə” deyər deyə danış.

Köhnə sevgilinin qarnı olmadığını hər fürsətdə söylə.

 “Bilirsən ürəyim nə istiyir?” deyə soruş, biləməyəndə danla.

 Hər şeyi dəqiqəsi dəqiqəsinə planla sonra özün o planla hərəkət etmə.

Rəfiqələrini  evə çağır balkonda avaz avaz  “Qapi açıq, arxanı dön və çıx” deyə  mahnı oxu.

“Kökəlmişəm?” deyə  soruş, cavabı gözləmədən  yağ sürtülmüş çörəyi  yeməyə başla.

 Lətifələrin sonunu yaddan çıxart.

 Sadəcə dostların olan oğlanlara salam ver  və onlar arasında dava çıxart.

 Onun geyiminə həmişə qarış, üç dəqiqədə bir “Dik yeri” deyə tənbeh et.

  “Nə olub ” sualına “Madam ki başa düşmürsən mən də demirəm” cavabini ver.

   Onunla maraqlanmış kimi görün, o səninlə maraqlananda danla.

Beş saniyəlik bir səssizlik olduğu anda “Nə düsünürsən” deyə soruş.

 Saçlarının uclarını düzəltdirdiyində, kişi hiss etməzsə  bütün gecə mıs-mırıq salla.

  Həmişə insanların fikirlərini qarışdır.

  Qulağında neçə deşik olduğunu soruş, bilməzsə köhnə sevgilinin bunların hamısını bildiyini danış.

 Gece klubunda qapıdaki mühafizə ilə mübahisə et, sonra yanındaki oğlana “Bir şey elə də” de və gözlə.

  Qızarmış kartofları kişinin boşqabına qoy, bunun bir sevgi göstəricisi olduğunu söylə, sonra “Sən biraz kökəlmisən” de.

 Duz qabına bax və ona  “Bu duz qabı  sənə nəyi xatirladır” deyə soruş. O bilmədiyində “ Hələ yaxından tanışmırdıq… Mən səndən duz istəmişdim, duz qabını verdiyində balaca barmağın balaca barmağıma dəymişdi” deyə danış və “Aramızdaki elektrik quratarıb” de, tualete get. Qayıdanda stolda şampan yoxdusa dava çıxart.

Bu siyahını kişinə oxu, dodaqlarında bir gülümsəmə başlanğıcı olduğu an dava çıxart
11 noyabr 2010
GO BACK