Qadin.NET / Uşaqlarınız mübahisələrinizə şahid olmasın

Uşaqlarınız mübahisələrinizə şahid olmasın

Uşaqlarınız mübahisələrinizə şahid olmasın

Hər evdə mübahisə ola bilər.Ancaq əsəbləriniz nə qədər gərgin olsa da ətrafdakıları unutmamalısınız.
Hər hansı bir mövzu ilə bağlı həyat yoldaşınızla mübahisəyə başladıqda, hər şeydən əvvəl uşağınızla eyni məkanda olub-olmadığınıza diqqət yetirməlisiniz.

Uşaqlar nəyə görə ata-analarının mübahisələrinə şahid olmamalıdırlar?

1.Uşaq mübahisə etdiyiniz məsələni və ya məslənin ciddiliyini başa düşmədiyi üçün ata-anasını bu cür hərəkətlərinə görə ittiham etməyə başlayır.

2.Sizdən nümunə götürür.Artıq onu qardaşı və ya bacısı ilə xoş rəftar etməli olduğuna inandırmaq da çətinləşir.

3.Gələcəkdə quracağı ailədə də eyni xətalara yol verir.

4.Aqressivliyə meylli olur.

5.Sizə və ailə anlayışına qarşı inamı azalır.
23 mart 2009
GO BACK