Qadin.NET / Bilik xəzinəsi

Bilik xəzinəsi

Bilik xəzinəsi 
Albert Eynşteyn dahi fizik olmaqla yanaşı, həm də insanın həyatda necə uğur qazana bilməsinin sirlərini də gözəl bilən filosof idi. Onun 10 qızıl müdrik kəlamı ilə tanış olun.

1. Heç bir səhvi olmayan insan yeni bir şey etməyə cəhd belə etməyib.

İnsanların əksəriyyəti səhv etmək qorxusundan, həyatında yenilik etməkdən çəkinirlər. Ancaq bundan qorxmaq lazım deyil. Əksər hallarda məğlub olmuş şəxs uğuru heç nədən qazanmış insandan daha güclü olub, qələbəni necə əldə etməyi öyrənir. 

2. Təhsil - məktəbdə öyrədilənlərin hamısı yaddan çıxdıqdan sonra yaddaşda qalanlardır.

30 ildən sonra (bəlkə də daha tez) siz məktəbdə öyrəndiyiniz hər bir şeyi unudacaqsınız, yerdə qalan yalnız özünüzün öyrəndikləri olacaq.

3. Öz xəyallarımda mən rəssam kimi rəsm çəkirəm. Xəyal biliklərdən vacibdir. Biliklər məhduddur. Xəyallar isə bütün kainatı əhatə edir.

İnsanların daş dövründən indiki inkişaf səviyyəsinə kimi gəlib çatmasını nəzərdən keçirdikdə xəyalın gücünü anlayırsan. Hal-hazırda bizim istifadə etdiklərimiz əcdadlarımızın xəyallarının nəticəsidir. Sabah bizdə olacaqlar isə bu günkü xəyallarımızın nəticəsi olacaq. 

4. Yaradıcılığın sirri ilhamın mənbəyini gizlətmə bacarığıdır.

 Sizin yaradıcılığınızın unikallığı onların əmələ gəlmə mənbələrini məharətlə gizlədə bilməyinizdən asılıdır. Sizi başqa müdrik insanlar həvəsləndirə bilər, lakin əgər bütün dünyanın diqqəti sizdədirsə, o zaman sizin ideyalarınız unikal görünməməlidir.

5. İnsan əldə edə biləcəyi ilə deyil, verə biləcəyi əsasında qiymətləndirilməlidir. Çalışın uğurlu deyil, qiymətli insan olasınız.

Bütün dünyada tanınmış insanlara baxsanız görərsiniz ki, onların hər biri bu dünyaya nə isə bir xeyir verib. Nə isə götürə bilmək üçün ilk növbədə nə isə verməlisiniz. Sizin məqsədiniz dünyanın incilərini artırmağa yönələcəyi an siz növbəti səviyyəyə qalxacaqsınız. 

6. Həyatı iki cür yaşamaq olar: siz sehrin olmadığı bir dünyada yaşaya biləcəyiniz kimi, sehrlərlə dolu bir dünyada da yaşaya bilərsiniz.

 Əgər dünyada sehrin olmadığını qəbul etsəniz, istədiyiniz kimi maneəsiz yaşaya bilərsiniz. Əgər dünyada hər bir şeyin sehr olduğunu qəbul edərək yaşasanız, o zaman ən kiçik gözəlliklərə də valeh ola biləcəksiniz. Hər iki yol ilə yaşasanız, sizin həyatınız həm xoşbəxt, həm də verimli olacaq. 

7. Mən özümə və düşünmə tərzimə nəzər yetirdikdə anlayıram ki, fantaziya və xəyallarım mənim üçün abstrakt düşünə bilmə bacarıqlarımdan daha qiymətlidir.

 Həyatınız boyu əldə edə biləcəkləriniz haqqında arzular pozitiv həyatın ən əsas elementidir. İcazə verin, xəyallarınız yaşamaq istədiyiniz dünyanı yaratsın. 

8. Qoyun sürüsünün qüsursuz üzvü olmaq istəyirsinizsə, ilk növbədə qoyun olmağı bacarmalısınız.

 Əgər siz uğurlu iş adamı olmaq istəyirsinizsə, ilk növbədə biznes ilə məşğul olmağa başlamalısınız. Başlamaq istəyib nəticələrdən qorxmaq sizə heç bir şey verməyəcək. Bu qanun həyatın digər hissələrində də keçərlidir: qalib olmaq üçün ilk növbədə oyuna başlamaq lazımdır.

9. Əvvəl oyunun qaydalarını öyrənmək, sonra isə hər kəsdən yaxşı oynamaq lazımdır.

Oyunun qaydalarını öyrənib, hamıdan yaxşı oynayın - bu qədər sadədir. 

10. Ən əsası sual verməkdən çəkinməyin. Hər şeylə maraqlanmaq istəyi insana hədər yerə verilməyib.

Ağıllı insanlar hər zaman sual verirlər.

Məsələyə cavab tapmaq üçün, özünüzdən və digər insanlardan soruşun. Bu, sizə yeni biliklər öyrənməklə yanaşı, öz biliklərinizin inkişafını analiz etməkdə kömək edər.


12 aprel 2013
GO BACK