İnsanların görünüşü haqqında müxtəlif söz demək olar. Amma insanın əsl xarakterini çox vaxt geydiyi geyimlər göstərir. Mütəmadi istifadə etdiyi balaca bir əşya qadının psixoloji tablosunu çəkməyə qadirdir. Aydınlaşdırılıb ki, sevə-sevə geyindiyimiz ayaqqabılar əslində haqqımızda çox şey deyir. Aşağıdakıları oxuyandan sonra nə demək istədiyimi anlayarsınız:
Hündürlüyə çıxanlar
Əgər xanım yalnız hündürdaban ayaqqabı geyinirsə, demək, onu ətrafdakıların fikiri cox maraqlandırır. Ətrafdakılar onu bəyənsin deyə, hündürlükdə olmağı sevir. Belə bir fikir də vardır ki ,bu cür xanımlar insanlardan daha üstdə olmağı sevir ki, onları diqqətlə izləyə bilsin. Onlar elit təbəqənin sakinləri sayılan, özünə güvənən, əsl xanım və yaxşı əlaqələr qurmağı bacaranlardır.
Platformada olanlar
Bu təbəqədə olanlar, yəni platforma geyinməyi sevən xanımlar açıq sözlü, şəxsi fikirli olurlar. Onları ətrafdakıların fikiri qətiyyən maraqlandırmaz. Lazım olmasa belə, öz bildiklərini edər, . Qarşısına şərt qoymaz, amma həmişə uğur qazanmağı da bacarar.
Tanketka geyinənlər
Rəfiqəniz tanketka geyinir? Elə isə xöşbəxtsiniz.Mehriban, səmimi, sədaqətli rəfiqəniz var. Konfliktə girmək və əsəbləşmək onun peşəsi deyil. Dabanı tanketka ayaqqabı geyinməyi sevən xanımlar hər fikirinizə hörmət edib, sizinlə razılığa gəlmək bacarığına malikdir.
Dabansız ayaqqabı geyinənlər
Əgər ətrafınızda kişi ayaqqabısı modelində ayaqqabı geyinən xanım varsa, o, sərt, özünə qapanan və kişi xarakterli biridir. Onu fikirindən daşındıra bilərsinizsə, hərəkətə keçin. Çünki, bu cür xanımlar tez-tez depressiyaya girir.
İdman stilini sevənlər
İdman stili və yalnız ket geyinməyi sevən xanımlar açıq fikirli, çox danışan və hər kəslə asanlıqla dil tapmağı bacaranlardır. Amma fikirlərindən çətinliklə daşınırlar. Yaxşısı budur onlarla münaqişəyə girməyin. Onsuz da öz nəzər-nöqtəsini dəyişməyəcəklər.