Bu gün müəllimlər öz peşə bayramlarını keçirirlər.Hər il oktyabırın 5 də müəllimlər günü qeyd olunur.
Bu tarixin qeyd edilməsinə dair qərarı ilk dəfə 1966-cı il oktyabrın 5-də YUNESKO verib. Bu təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd qəbul edilib. İndi dünyanın 100-dən çox ölkəsində oktyabrın 5-də müəllimlər peşə bayramını qeyd edir.
Hər birimizin müəllimlər haqqında gözəl təsüratlarımız vardır.Mənə bir hərf öyrədənin köləsi olaram".Bu sözlər İslam dünyasının parlaq simalarından olan Həzrəti Əliyə məxsusdur. Hələ məktəbdə oxuyarkən müəllimlərimiz bizə "Oxuyun sonra peşman olacaqsınız" deyandə o qədər də fərqinə varmırdıq. Zaman küçdikcə müəllimlərin nədənn belə dediyini yaxşı anlayırıq. İndi isə mən evdə öz qızıma müəlliməmin bizlərə dediyi sözü hər zaman təkrar edirəm ki,oxu bala vaxt gələcək dönüb arxana baxanda bu günün üçün heyifsilənməyəsən.Müəllimlərin sözlə ifadə olunmayacaq dərəcədə böyük zəhməti və dəyərsiz xidmətini azacıq da olsa qiymətləndirmək üçün bu bayram bir vasitədir.
Bu gün bütün dünyada olduğu kimi, Azərbaycanda da hörmətli müəllimlərimiz üçün əziz gündür - müəllim adını daşıyanlar,bu adın dəyərini bilənlər öz peşə bayramını qeyd edirlər. Mən bu gün bilmişəm ki, demə Selcan xanım da meəllimə imiş . Mən öz adımdan və Qadın.net istifadəçiləri adından burda bütün müəllimləri və ya müəllimələri təbrik edirəm və ən əsas da Qadin.netin Baş redaktoru Selcan xanımı üzüvlərindən olan Gülşən xanımı,Şəfəq xanım və Pervanə xanımı müəllimlərin peşə bayramı münasibəti ilə təbrik edirəm. Qoy hər zaman sevincli təbriklər əhatəsində olasınız.