Qadin.NET / Kişilərdə nələrə nifrət edirik?

Kişilərdə nələrə nifrət edirik?

Kişilərdə nələrə nifrət edirik?

1.AĞIZ QOXUSU: Bu problemi həll etmək üçün saysız-hesabsız vasitələr olsa da, ağız qoxusunun səbəbi mədədəki nasazlıq və ya bir çürük dişiniz də ola bilər. Əgər bu problem sizdə daha ciddidirsə öncə həkimə müraciət edin.Yediyiniz yeməklərə diqqət edin. Sevgilinizlə görüşə getməzdən öncə soğan, sarımsaq kimi iyi cəhətdən üzüqara şeylər yedinizsə, qısaca, görüşü təxirə salmağı məsləhət görürəm. Ağız spreyi və ya nanəli saqqız ağız iyisi mövzsunda sizin daimi müttəfəqinizdir .

2.DÜŞÜK ŞALVAR: Bəli, müasir həyatda düşük şalvar belə dəb olaraq qəbul oluna bilir. Lakin onun altından geyindiyiniz tuman da vacibdir. İndi isə, bir qadından soruşaq görək şalvarı düşük kişilərə necə münasibət göstərir? Soruşaq?.

3.QIZIL BƏZƏKLƏR:
Çox varlı ola bilərsiniz, hətt qızılı rəngi də çox sevə bilərsniz lakin bu mövzuya qadınların baxışı budur: "Kişilərə bəzək, özəlliklə, qızıl bəzək yaraşmır." Barmaq qalınlığında qızıl boyunbağı və ya üzük, barmağı gizlədən iri qaşlı üzüklər, xüsusilə də, üstü daslı şovalye üzüyü kimi bəzək əşyaları taxan kişiləri isə qadınların sevmək bir yana, heç onları ciddi kişi kimi qəbul etmirlər.

4.ÇİRKLİ DIRNAQLAR: Qadının kişilərdə ilk baxdığı yerlərdən biri onun əllərdir. Kişinin təmiz əlləri, qadına, onun ümumiyətlə hər cəhətdən təmiz birisi olması əminliyini verir. Əyri-üyrü, altı qara çirk zolağı ilə bəzənmiş dırnaqları olan əlləri heç bir qadın tutmaq istəməz.

5.QULAQ TÜKLƏRİ:
Qulaqlarınızdan canavar kimi çıxan tükləri yolarkən ağrısını bəhanə etməyin. Ağrıya qalsa qadınların verdiyi ağrını heç nə vermir.

6.ÇİRKLİ BURUN: Nəfəs aldıqda tozun buruna daxil olmasına əngəl olan burun tükləri nə yazıq ki, burun dəliklərindən boylananda qadınları hürküdür. Çünki nəfəs alıb-verərkən belə o tüklər tərpənir.

7.TƏSBEH: Hələ də təsbehmi çevirirsiniz?. Əgər əlinizi oynatmaq çox vacibdirsə, təsbeh əvəzi istədiyiniz başqa bir şeyi istifadə edin. Çünki qadınlar təsbeh çevirən kişilərə yaxşı gözlə baxmırlar. Hətta demək olar ki heç baxmırlar.

8.UCUZ ODEKALON: Ətiriniz bitsə belə onun yerinə ucuz odekalon istifadə etməyin. Sizdən ucuz odekalon iyisi gəldiyini üzünüzə deməsə də qadınlar sizə buna görə nifrət edə bilərlər.

9.TƏR QOXUSU: Qadınlar təmiz kişiləri sevər. Bu mövzuda tər qoxusu böyük təhlükədir. Ətir olmasa da, vücudu qoxumayan kişilərə qadınlar hörmət edərlər.

10.HÜNDÜR DABAN AYAQQABI:
Aranızda hündür dabanlı ayaqqabı geyinənlər varsa, indidən o ayaqqabıları gizlətsin. Boyunuz qısadırsa eybi yoxdur, olduğunuz kimi görünün. Qadınlar bəstəboylu birisini sevər amma hündür görünmək üçün dik daban üstündə gəzib ayaqlarını yara edən kişiləri sevməzlər.

11.JELELİ SAÇLAR: Başına bir qutu jele yaxan, saçları günəş altında su kimi parıldayan kişilərdən qadınlar hürkərlər. Saçınız təmiz və özünüzə yaraşan düzümdə olsun yetər.

12.YEKƏ QARIN:
Həddindən çox şişirilmiş əzələləri bəyənmədiyi kimi, qadınlar həddindən çox şişirilmiş qarnı da sevmirlər. Önünüzdə balkon kimi duran bir qarınla görüşə getməzsinz deyilmi?
9 mart 2009
GO BACK