Məlumdur ki,hamımız tez-tez elə hədiyyələr alırıq ki,rəngi,stili,ölçüsü zövqümüzə tərs gəlir.
Belə olan halda bu hədiyyələrlə nə etməli sualı meydana çıxır.
Əlbəttə ki,ağla gələn ilk fikir bu hədiyyələri başqasına vermək olur.
Amma bu cür hədiyyələrin də başqalarına bağışlanmasının qaydaları vardır.
Gəlin,onları incələyək:
1.Əgər Sizə ürəyinizcə olmayan bir hədiyyə gətirdilərsə,bunu bəlli etməyin.Məsələn,Sizə evinizdə olan kitabı gətiriblərsə,heç bəlli etmədən təşəkkür edin və sonra başqa birisinə Siz də hədiyyə edərsiniz.
2.Nəzakət qaydalarına görə hədiyyə gətirənin yanında açılmalıdır.Əgər hədiyyə verən yanınızda yoxdursa,o zaman Siz hədiyyəni çox ehtiyatla açın,çünki bəyənməyə bilərsiniz və bu zaman da hədiyyə paketini korlamağa ehtiyac qalmaz.
3.Amma açılmamış hədiyyəni başqasına verərkən diqqət edəcəyiniz bir məqam da var.Bəlkə Sizə hədiyyə gətirən onun içərisinə Sizə özəl yazılmış bir otkrıtka qoymuşsa,onda nə olar.Buna görə də belə hədiyyələri başqasına vermədən əvvəl mütləq ehtiyatlı açaraq içərisini yoxlamalısınız.
4.Hədiyyə verənin hədiyyəsini yaxşıca yadda saxlayın.2 səbəbdən: nə vaxtsa bu hədiyyəni təkrar onun özünə və ya da onun tanışlarından birinə bağışlamamaq səbəbindən.
5.Sizin şəxsi hobbilərinizə aid olan bəyənmədiyiniz hədiyyəni başqasına da verməyin.Anlaşıla bilər.
6.Sizə lazımsız olan hədiyyəni atmayın,bəlkə, misal üçün 10 ay sonra qohumlarınızdan birinə gərək ola bilər.
7.Lazımsız hədiyyələri öz yaxınlarınıza verməyin,ən yaxşısı belə hədiyyələri o adamlara bağışlayın ki,Sizin hədiyyələriniz onun üçün əhəmiyyətsiz olacaqdır.