Qadin.NET / Həyatın mənbəyi - su

Həyatın mənbəyi - su

   

Həyatın mənbəyi - su

 

Su!

Bu məfhum hər canlının həyatında vacib rol oynayır. Susuz həyat təsəvvür edilə bilməz. Bəşəriyyət var olandan bəri suya hər zaman ehtiyac duyulmuşdur. Allah canlılarını yaratmazdan əvvəl onlara lazım olan hər şeyi yaratmışdır. Su, torpaq, hava, od, bütün azuqələr! Bunların hər biri haqqında ayrı-ayrı söhbət edəcəyik.

Yer kürəsinin 1/4-i sudan ibarətdir. Amma içməyə yaralı olan su çox azdır. İçməli su dünya üzrə qeyri-bərabər paylanmışdır. Bəzi ərazilərdə, əsasən də Afrika ölkələrində su problemi həddini aşır. Bu gün bizdə su problemləri olsa da hələ ehtiyatlarımız var. Bu gün suya lazımınca qənaət etməsək 30-35 il sonra Azərbaycanda da içməli su ehtiyatı tükənəcək. Gələcək nəslimiz susuzluqdan əziyyət çəkəcək. O zaman gələcək nəsil bizi günahlandıracaq. 

 

 

Su təkcə canlılara içmək üçün lazım deyil, təmizlənmək, gigiyena cəhətdən də önəmlidir. Təsəvvür edin, bir Afrika ölkəsində yaşadığınızı. Nəinki içməyə, heç əlinizi yumağa belə suyunuz yoxdur. Bir də dönüb bu günümüzə, bu halımıza baxın.

 Şükr edərək Allahın bizə verdiyi bu neməti çirkləndirmədən, israf etmədən gələcək nəsillərimiz üçün qoruyaq! Əlimizə keçən tullantıları su mənsəblərinə ataraq çirkləndirməyək! Axı suda da canlılar yaşayır! Onların da təmiz suya ehtiyacı var! Əlimizlə Allahın bizə bəxş etdiyi neməti çirkləndirib Allahın yaratdığı canlıları məhv etməyək! Axı biz cani deyilik! Axı bizim düşünən beynimiz var! Biz bütün canlılardan fərqli yaradılmışıq. Gəlin, bu haqda bir daha düşünək!

Suya qənaət etmək, gələcəyimizi təmin etməkdir. Suyu israf etmək gələcək nəslin həyatını məhv etmək deməkdir. Bu gün hər anımız üçün Allaha şükr edək və suyumuzu təmiz şəkildə gələcək nəsillərə ötürək!

 

Bu da azacıq su üçün növbəyə durmuş somalililər. Növbə pozulmasın deyə ətraflarına tikanlı tellər düzülüb.

 

Həyatın mənbəyi - su

 

Həyatın mənbəyi - su




1 yanvar 2013
GO BACK