Qadin.NET / Bazar ertəsi sindromu

Bazar ertəsi sindromu

Bazar ertəsi sindromu

Çalışanlar bazar ertəsi günləri böyük bir stress yaşayır. Edilən araşdırmalara görə illərdir iş həyatında müvəffəqiyyətli olan kəslərdə belə bu stress görülür. Hər kəsin kabusu halına gələn ‘Bazar ertəsi sindromu' olaraq təsvir edilən iş günü stressini atmaq artıq çox asandır!

İçinizdəki mənfi enerjini atıb bədəninizdə yenidən sevinc qaynağı meydana gətirməniz üçün budur mütəxəssislərdən 5 təklif!

1. Sevinc qaynağı-Qidalanma: Bol fındıq, turşulu yeməklər,salatlar və s. sevinc qaynağıdır.

2. Sevinc qaynağı-İdman: Yarım saat boyunca gəzmək depressiyaya qarşı alınacaq ən yaxşı dərmanlardan biridir. Xüsusilə günəş şüaları bədəndə xüsusi enerji yaradır.

3. Sevinc qaynağı-Davranış: Sizləri güldürəcək bir şeylər oxuyun və ya seyr edin. Sarı bir şey geyin və ya büronuzdakı vazanızın içinə sarı çiçəklər qoyun.

4. Sevinc qaynağı-Dərman: B vitaminləri alın. Bunlar sinirlərinizi yatırar və depressiyanı uzaqlaşdırar.

5. Sevinc qaynağı-Düşünün: Bir kağız götürüb həyata niyə bağlı olduğunuzu və niyə yaşamaq istədiyinizi yazın. Bunu edərkən müsbət düşünməyi unutmayın.

 

Çalışan xanımalrımız,sizdə də belə sindromlar olur bazar ertəsi? Olursa nələrlə bu sindromdan qurtulursuz?

6 dekabr 2010
GO BACK