Günəş işığının müalicəvi təsiri hələ yetəri qədər öyrənilməyib. Bununla belə gözün torlu qişasına düşən şüaları müalicəvi əhəmiyyətini qeyd etmək mümkündür. Çox güman ki, məhz bu təsirin sayəsində hipofizin, hipotalamusun,epifizin və hətta baş beyin neyromediatorlarının fəaliyyəti yaxşılaşır.
Müəyyən uzunluqlu işıq dalğaları gözün torlu qişasında sinir impulsu enerjisinə çevrilir. Bu enerji görmə siniri vasitəsilə onurğa beyninə və baş beynin ənsə payına ötürülür.Ənsə payda bu enerji görünən obrazı yaddaşa həkk etməkdən əlavə, həm də orqanizmin baş beyində yerləşən əsas idarəetmə mərkəzlərinə də təsir göstərir.Belə hesab olunur ki, bu enerji epifiz vəzisini melatonin ifraz etməyə məcbur edir.
Melatoninin orqanizmə təsiri tam şəkildə aydınlaşdırılmasa da heyvanlar üzərində aparılan təcrübələr onun orqanizmin həyat fəaliyyətini tənzimləyən hipofiz vəzisi, böyrəküstü vəzi, cinsiyyət vəziləri, mədəaltı vəzi kimi endokrin vəzilərin fəaliyyətini gücləndirdiyini ehtimal etməyə əsas verir.
Melatonin xərçəng xəstəliyinin inkişafını və yayılmasını zəiflədir. Günəş şüalarının bioloji əhəmiyyəti həm görünən, həm də görünməyən ultrabənövşəyi şüaların təsiri ilə müəyyən edilir. Şüşə bu spektrin böyük bir hissəsini buraxmır. Ona görə də gözlərin filtrdən süzülməyən, şüşə və eynəkdən keçməyən işığı qəbul etməsi vacibdir.
Günəş şüası işıqlanmanın ilk və daha kamil forması olmuşdur. Sonralar insanlar odun işığından istifadə etməyə başladılar, şamı və işıq lampasını kəşf etdilər. Sonra lüminesent işıqlanma və gündüz işığının lüminesent işıqlanması meydana geldi. Civə və natrium lampaları isə daha müasir lampalar hesab olunur.
Suni işıqlandırma mənbələrinin çoxu işığı tam spektrdə vermir. Tədqiqatlar göstərir ki, bu bizim səhhətimizə əsaslı dərəcədə zərər toxundura bilər. Eyni araşdırmalar müəyyən edib ki, vaxtının çoxunu televizor qarşısında və ya adi lüminesent lampa ilə işıqlandırılan dərs otağında keçirilən uşaqlar yüksək oyanıqlıqdan əziyyət çəkirlər. Məktəbdə onların fəaliyyəti qənaətbəxş olmur.Tam işıq spektrli işıqlanmadan istifadə etməklə, bundan yaxa qurtarmaq olar.