Qadin.NET / Plastik kartlar və onlardan istifadənin üstünlükləri

Plastik kartlar və onlardan istifadənin üstünlükləri

Plastik kartlardan istifadə hal-hazırda inkişaf etmiş ölkələrdə çox geniş yayılıb.Çünki bu kartlarla alış-veriş bir sıra üstünlüklərə malikdir. Təəssüf ki, ölkəmizdə plastik kartlardan istifadə çox aşağı səviyyədədir.

Düzdür, hazırda dövlət müəssələrinin hamısı,özəl müəssələrin çoxu əməkhaqlarını kartlar vasitəsilə verir. Amma bu kartlarda sadəcə bir əməliyyat - pulun bankomatdan nağd çıxarılması üçün istifadə edilir.

Qısa formada bu vasitənin üstünlüklərini belə sadalamaq olar:

1. Pulunuz pul qabından daha etibarlı yerdədir. Yəni siz pul kisənizi itirsəniz, 90% ordakı pulları itirmiş olursunuz.Amma plastik kartınızı itirdiyiniz zaman onu yeniləyə bilərsiniz.Təbii ki, bu halda balansdakı pullar da salamat qalmış olur.Kartı itirən kimi dərhal banka müraciət etdikdə kart bloklanır və kartınızı tapan şəxs onun PİN-kodunu bilsə belə, balansdakı puldan istifadə edə bilmir.

2.Büdcənızə nəzarət imkanı verir. Çoxumuz marketlərdə alış-veriş edəndə bizə qalıq olaraq qaytarılan xırda nominallı qəpiklərdən narazı qalırıq.Bəzi hallarda isə bu qəpiklərin yerinə lazımsız nəsə alırıq. Kartdan istifadə etdikdə bu problem tamamilə aradan qalxır. Artıq qalmış qəpiklər balansınızda qalır,lazım olduqda istifadə olunur.

3.Gigiyenik cəhətdən çox daha üstündür. Təbii ki, kağız pul və ya qəpiklərin gigiyenik təmizliyindən danışmaq gülməlidir. Müxtəlıf xəstəliklərin mənbəyi olan bu vasitədənsə sadəcə sizə məxsus olan və istədiyiniz an adi spirtli salfetlə təmizləyə biləcəyiniz vasitə çox daha etibarlıdır.

4.İnternetdə rahat alış-veriş imkanı verir.

5.Evinizdə, kompyuterinizin qarşısında əyləşib komunnal xidmət haqlarını ödəyə bilərsiniz.

6.Dünyanın istənilən nöqtəsində istifadə imkanı. Azərbaycanda hər hansı bir bankdan aldığınız kartla dünyanın istənilən ölkəsində və istənilən valyutasında nağd pul çıxarmaq və alış-veriş etmək imkanına sahib olursunuz.

7.Ən böyük üstünlük - kart hesabınızda olan pullara sadəcə siz nəzarət edirsiniz. Xarici ölkələrə səfər edənlərə yaxşı məlumdur ki, istənilən ölkənin sərhədlərindən keçəndə siz həmin ölkənin müəyyən etdiyi limitdən artıq vəsaiti nağd şəkildə üzərinidə apara bilməzsiniz. Amma kartdakı balansı heç görə bilmədiyi üçün siz istənilən məbləği özünüzlə apara bilərsiniz.


26 oktyabr 2012
GO BACK