Qadin.NET / Kaktus bizi radiasiyadan qorumur

Kaktus bizi radiasiyadan qorumur

Sakarya Universitetinin professoru Osman Çerezci kompüterdən istifadə zamanı elektromaqnit radiasiyadan qoruduğu düşüncəsiylə cihazların yanına qoyulan kaktusun bir faydasının olmadığını söylədi.

Gündəlik həyatda kompüter və cib telefonları kimi elektron cihazlardan istifadə edənlər elektromaqnit radiasiyadan qorunmaq üçün müxtəlif üsullara müraciət edir. Kompüterin yaydığı elektromaqnit radiasiyanı absorbe etmək üçün masaların üzərinə kaktus, ya da qaya duzu qoyulur. Mobil telefonların içində də radiasiyanı azaltdığı irəli sürülən müxtəlif aparatlardan istifadə edilir. Bəs tədbirlər həqiqətən radiasiyadan qoruyurmu?

Müxtəlif sağlamlıq problemlərinə səbəb olan radiasiyadan qorunmaq üçün evdə və iş yerində bəzi tədbirlər görülə biləcəyini ifadə edən Çerezci radiasiyadan qorunmaq üçün cihazların yanına kaktus və ya qaya duzu qoyulmasının doğru bir tətbiq olmadığını bildirib.

Bunun insanların öz düşüncələrindən qaynaqlandığını ifadə edən Çerezci, "İnsanlar radiasiyadan qorunmaq üçün cihazların yanına kaktus qoyur. Biz bunun hər hansı bir təsirinin olduğunu təyin edə bilmərik. Ədəbiyyatda belə bir şey yoxdur. Cib telefonları üçün də boyunbağı şəklində müxtəlif aparatlar satılır.

 Bunlar tamamilə elmi olmayan, bazara müxtəlif məqsədlə təqdim edilən məhsullardır. Elmi baxımdan həm bizim, həm də başqa bir təşkilat tərəfindən məsləhət gğrülmür. Bunların kiməsə faydasının olduğunu söyləyə bilmərik. Bu qədər asan olsa, bunu cib telefonu firmaları edər. Həmin texnologiyaya özlərinin daha çox ehtiyacı var".

Elektromaqnit radiasiyanın insan sağlamlığına mənfi təsir etdiyini deyən Çerezci təhdid qarşısında şüurlu davranılmasının və riskin ciddi qəbul edilməsinin lazım olduğunu vurğuladı. Çerezci qorunma üsulları ilə əlaqədar bunları söylədi: "Cib telefonundan istifadəni azaldın. Danışıq zamanı qulaqcıqdan istifadə edin.

Başınız yataq otağında kabel və rozetkaya yaxın şəkildə yatmayın. Kompüterinizi işləmədiyi zaman bağlayın, çalışırsa yaxınında uzun müddət qalmayın, kompüter ekranına 25 santimetr uzaqdan baxın. Kabelsiz internet əlaqəsi cihazı (Wireless) olan yerin ən az 1 metr uzağında olmasına diqqət edin.

Evdə paltaryuyan maşın, mikrodalğalı soba və ütü kimi elektron əşyalardan az istifadə edilən bölgələrə qoyun. Körpə beşiyini televizorun arxasına qoymayın. Yüksək gərginlik xəttinə yaxın olan otaqları uşaq otağı etməyin. Uşaqların televiziyaya yaxın oturmasına imkan verməyin.

25 mart 2016
GO BACK