Qadin.NET / Seçimlərimizə diqqət edək

Seçimlərimizə diqqət edək

Seçimlərimizə diqqət edək

Həyat yoldaşı seçimində Psixanalitik nəzəriyyə

Freyd və psixanalitik qaydaya görə, həyat yoldaşı seçimi əsasən uşaqlıq yaşlarında qarşı cinsdən valideynlərə göstərilən heyranlıq əsasında formallaşır. Bu səbəbdən qız uşaqlar atalarına bənzər insanları, oğlanlar isə analarına bənzər insanları özlərinə yoldaş olaraq seçirlər.Bu vəziyyətdə qurulan ailələr əziyyət çəkir, çünki istədiklərini qarşı tərəfdə görə bilmirlər.

Ümumi Xüsusiyyətlər (Homogami)

Ümumi xüsusiyyətlər qaydasına görə şəxslər iqtisadi vəziyyət, dini inanc, irq, təhsil, yaş kimi mövzularda özlərinə yaxın insanları seçirlər. Bənzərliklər artdıqca qarşıdurma və anlaşılmazlıqlarıniz az olacaqdır

Zidd Xüsusiyyətlər (Heterogami)

Bu qaydaya görə isə, öz xasiyyətlərinə və tərzlərinə əks olan insanları seçirlər. Məsələn qapalı xarakterə sahib bir insan həyat yoldaşını daha istiqanlı və ünsiyətcil insanlarla ailə həyatı qurmaq istəyirlər. Bu tip ailələrdə daha çox uyğunluq yaranır və ailənin hormonik tərzdə davam etməsinə gətirib çıxarır.

Biri-birini Tamamlayan Ehtiyaclar

Bu üsula görə, ehtiyacların təmin edilməsi ön plandadır və həmin insanlar həyat yoldaşı seçərkən öz əskikliklərini aradan qaldırmaq məqsədi güdürlər. Fərdlərin fərqli ehtiyaclara sahib olması, bəzi ehtiyacların kişilər bəzi ehtiyacların qadınlar üçün daha əhəmiyyətli olması səbəbindən bir-birinə bənzər ya da bir-birini tamamlayan ehtiyaclara sahib olan cütlərin evlilik əlaqələrində daha müvəffəqiyyətli olur.

Dəyər verərək tanış olmaq

Cütlər ilk tanış olduqlarında əvvəlcə bir-birlərini xarici görünüş, ictimai və zehni xüsusiyyətlər çərçivəsində qiymətləndirirlər. Bu dövrdə qarşıdakının maraq, inanc və ehtiyaclarını özünki ilə uyğun gəlib-gəlmədiyinə baxırlar. Bunun da müsbət nəticəsi olaraq, son mərhələdə evlilikdə daha çox bir-birlərini tamamlayırlar.

Yuxarıda bəhs edilən beş qaydadan, araşdırma nəticələrinə görə, evlilikdə uyğunlaşmağın ən rahat və asan yolu məhz ortaq xüsusiyyətlərə malik olan insanların qurduğu ailə həyatıdır.
2 sentyabr 2010
GO BACK