Qadin.NET / Zarafatla da olsa, boşanma sözünü dilinizə gətirməyin!

Zarafatla da olsa, boşanma sözünü dilinizə gətirməyin!

Zarafatla da olsa, boşanma sözünü dilinizə gətirməyin!

Hər bir ailədə mübahisələr ola bilər. Bir ailədə az, bir ailədə çox fərqi yoxdur. Ancaq tərəflər arasında "pərdə götürülmürsə" və ya qarşılıqlı təhqirlərə yol verilmirsə, bu, ailə həyatı üçün o qədər də təhlükəyə səbəb olmur. Əksinə, bəzən belə mübahisələr səhvləri görmək baxımından ailənin gələcəyinə müsbət təsir göstərir.
Mübahisələr zamanı yol verdiyimiz ən böyük səhvlərdən biri də qarşılıqlı hədələrə əl atmaqdır. Xüsusilə, bəzi qadınlar həyat yoldaşlarının onları sevdiyini bildikləri üçün boşanma sözünü tez - tez ortaya atır və bununla da qarşı tərəfə təsir göstərməyə çalışırlar. Bu söz ilk vaxtlar istənilən nəticəni versə də, zaman keçdikcə "qüvvədən düşməyə" və qarşı tərəf üçün "mənasını itirməyə" başlayır. Bu vəziyyətdə ən böyük zərbəyə məruz qalan isə boşanma sözünü ortaya atan tərəf olur. Beləliklə, mübahisələr get - gedə kəskinləşir və hər mübahisə ailənin bir az da parçalanmasına gətirib çıxarır. Digər tərəfdən, bu sözü ifadə edən tərəf əvvəlllər ona adi bir şey kimi baxsa da, sonralar dediklərinə özü də inanmağa başlayır. Beləliklə, istər özünüzün, istərsə də həyat yoldaşınızın bu sözün təsiri altında qalmasını istəmirsinizsə, zarafatla da olsa, boşanma sözünü dilinizə gətirməyin. Və ən başlıcası, boşanmanın bir ailənin dağılması demək olduğunu unutmayın...
26 avqust 2010
GO BACK