Qadin.NET / Ginekoloqa getmədən əvvəl...

Ginekoloqa getmədən əvvəl...

Ginekoloqa getmədən əvvəl...

Bu yazıda qadınlarımıza bir neçə vacib bilməli olduqları detallardan bəhs ediləcək.

Həkim ginekoloqa getməzdən əvvəl nələri bilmək lazımdır?
1.Hər şeydən qabaq əgər qadının aybaşı dövrü başlamışsa,həkimə getməsini təxirə salmalıdır.(Qeyd: əgər aybaşı dövrü normadan uzun sürürsə,yalnız bu halda həkimə baş vurması vacibdir)

2.Yaxşı olar ki, qadınlar özlərinin aybaşı təqvimini tutsunlar.Ginekoloq həkimə gedərkən bu təqvimi yanlarında götürsələr,həkimin suallarına cavab vermək asanlaşar.

3.Həkimə getmədən əvvəl xususi gigiyenik qaydalara əməl etmək vacibdir.

4.Həkimə getməyi planladığınız vaxtdan 1 ay qabaq antibiotiklər,virus əleyhinə preparatlar,vajinal şamlar,kremlər,tabletlər və s. istifadəsini dayandırın.Bunlar düzgün təhlil çıxarılmasına kömək edəcəkdir.

5.Ginekolq-həkimə getməyi planladığınızda təhlil üçün lazım olan prosedurlar olacaqsa, 2-3 gün qabaq cinsi əlaqədən çəkinin,həkimə getmədən 1,5 - 2 saat əvvəl isə ayaqyoluna getməyin.
24 fevral 2009
GO BACK