İdeal heç nə yoxdur, lakin ideala yaxin, pisə nisbətdə yaxşı dərəcələr var:) Kiçik bir cemiyyət olan Ailə hər bir fərd üçün çox böyük anlamdır. Bu böyük anlama baxışlar hər kəsdə fərqlidir. Lakin çox zaman ailədə yaşadığımız problemlər eyni olur. Demək ki səbəblər eynidir. Problemlərin yaşanmaması üçün kiçik bir ipucu- xoşlamadığınız vəziyyətlərin səbəbini bilmirsinizsə, hər şeyə özünüzü dəyişməkdən başlayın.
Müasir dövrdə qurulan Ailələrimiz nəsil artırmaq, xoşbəxt olmaq, hüzur tapmaq, anlaşmaq, sevmək kimi ciddi səbələrdən deyil, Qızlara görə evdə qalmayım, hamının qızı gedir ərə, gəlinlik geyinir mən yox, və ya analar qızlarına hamı getdi sən qaldın:))) cılız fikirlərdən, bəhsəbəslikdən ailə qururlar. Eyni şey qarşı tərəfdə oğlanlar edir, anam-atam qocalır, mürvət sahibi olmalıdırlar:) tay-tuşum oğul qızı var, və ya özüm qazana bilmirəm, pullu atanın qızı lazımdır, məni qabağa çəksin:))) Vay vay, indi belə fikirlərdən ailə qurulsa, nəinki boşanma,dünya tərsinə fırlansa da təəcüblənmək lazım deyil...
Xoşbəxt Ailə… Həyat çox qısadır… Hirs tökmək, haqqsızlıq axtarmaqla, qınaqlarla, EQOİSTLİK etməklə dəyərli zamanınızı boşuna sərf edirsiniz… Səbr və zamanla həyat yoluna çıxın, doğmalarınızı sevin, həmişə onlara ehtiyaciniz olduğunu hiss elətdirin, EQOnuzu öldürün, səmimi olun, başqalarının deffektlərini azaltmaqla yox, öz effektlərinizi artırmaqla məşğul olun…
1. Ailənin qurulması: SEVGİ, ANLAYIŞ, HÖRMƏT
Bizim cəmiyyət üçün keçmişlə indini müqayisə etmək çətindir... Çunki əvvələr hər şey tamamile başqa cür idi, indi-hər bir informasiyanı bir başa (SSRinin vasitəçiliyi ilə deyil) aldığımız dövrdə vasitəçiliklə ailə qurmaq o qedər də normal deyil... Əsas onu deyim ki, Ailə qurduqda öz istəyin, öz arzun olmalıdır! Valideynlərə düşən sənin seçiminə hörmət etmək və xeyir-dua verməkdir ( təbii söhbət ağlı başında, həddi buluğa çatmış qız və oğlanlardan gedir:)). Bu seçimdə nə valideyn, nə rəfiqə,nə dost heç kimin qarışmasına izin verməyin, Allah hər kəsə ayrı beyin və ürək verib!:) Hə, bəzəndə deyirlər kor kimi sevirsən, o belə ya elədir, görə bilmirsən. O belə ya elə başqalarına qarşı ola bilər, səni sevir,anlayır və hörmət edirsə, eynisini də sən ona qarşı hiss edirsənsə heç nədən çəkinməyin. Hər şey insanın özündən aslıdır.
2. Ailənin Möhkəmliyi- QADIN, Ər və Arvad arasında münasibət (möhkəmlik, ünsiyyət, anlaşmaq, hörmət,fikir mübadiləsi, güzəştlər)
Ailəni möhkem edən QADINdır. Hələ ta qədimdən, ibtiadi icmai quruluşu dövründə,kişilər ova gederdi, ocagi qadinlar qoruyar, uşağa baxar, yemək bişirirdilər, dünya, cemiyyət belə inkişaf etdi. Bu quruluşda da davam edir. Dinimiz Islam da buyurur, kişilərə itaət edin qadinlar! Qadın ailəsi, uşağının tərbiyəsi üçün bilikli, təhsilli, dünyagörüşlü olmalıdır. Bu keyfiyyətləri ilə də yoldaşına yardımçı olacaq. Bizim cəmiyyətdə çox vaxt münasibətlər yeni qurulan vaxtlar kişilər istəmirlər qadınlar işləsin, bunun üçün söz-söhbet yaratmağa gərək yoxdur. İşləməyin və kişinin iş məsuliyyəti çoxalcaq, onun işini sevməsi sizin karyeracanlı olmanızdan daha vacibdir, işini sevən kişi ailəsini də sevir. Bəli, iwine bağlı olub ailəsini unudan kişilər var, amma çox vaxt bunu edən də qadın olur. Qadın elə kiwiyə pul maşını kimi baxır, onlar da ailə qayğılarından yadlaşırlar. Çalışın yoldaşlarınıza anlayış göstərin, onlar işləyir, əziyyət çəkir, yorulurlar, siz de evdə onları yormayın. Həə, bir də düşünərsiz canı çıxamlıdı işləməlidir, mən də bütün günü evdə işləyirəm, uşaq böyüdürəm, mən də əziyyət çəkirəm. Bu belə də olsa, Qadın və Kişi fiziki və əqli çox fərqliyik. Bunu da bilirsiz ve görürsünüz. Onlar bəzən anlayış göstərə bilmir, siz göstərin, axı Mələklik qadınlar üçündür:) Hüzur verin, hüzurda da olacaqsız…
3.Ailə: Valideyn və Övladlar !
Valideyn, bu adın altında gizlənən məsuliyyət gözəl, xoş və çətindir. Ana-ata olmaq, müəllim, həkim, peşə sahibi olmaq deyil, universitet bitirmək, magistrant olmaqla bu işdə uğur qazanmaq olmur. Bunun üçün həyat məktəbi, insani xüsusiyyətləri, keyfiyyətləri artırmaq işin sirrlərindəndir. Övldalarınızla ünisyyətdə olun, onları qorxutmayın, səhvlərini görün, amma böyütməyin. Dost olmaq istəyirsinizsə, onların mühitindən xəbərdar olun, müasirləşin, mülayim olun, üstlərinə çox getməyin. Nəyisə sizə deməyəndə uşaqlarınızı qınaqda saxlamayın. Çalışın tam serbəstlik verin. İnsanların psixologiyasında yıxıla - yıxıla böyümək, özü səhv etməklə düzgün yolu görmək, əksər insanlar isə başqalarının yalnışı ilə özlərini formalaşdırır. Övladlarınıza düzgün tərbiyə, əxlaq verin, onlara görə əlinizdən gələni edin. Amma seçimlərində, qərarlarında onlara təsir etməyin. Özlerinə inamlı olmasına daim şərait yaradın. Bacarın bəzən soyuqqanlı, onlara lazım olanda anlayışlı, ehtiyacları olduqda qayğılı olun.Həmişə övladlarınızla normal ünsiyyəti qoruyub saxlayın.
Və Ailəniz üçün etdiyiniz bütün yaxşılıqları unudun, qarşılığını onlardan gözləməyin! Allah Sizə bəxş edəcək…
Oxuduqdan sonra fikirlərinizi bölüşsəniz, nə ƏLA! :)