Son iki ildə müşahidə olunan iqlim dəyişikliyi, əlbəttə ki, sağlamlığımıza, əhvalımıza da öz təsirini göstərməyə bilməzdi. Bəs dözülməz istilərdə əhvalımızı necə yaxşılaşdıra bilərik?
Bunu üçün ilk olaraq qida rasionumuza diqqət yetirməli, bəzi ərzaqlara imkan daxilində məhdudiyyət qoymalı və bir neçə prinsiplərə riayət etdərək əhval-ruhiyyəmizi müsbət tərəfə tam dəyişə bilərik.
*Şirniyyatı rasiondan çıxarmalı;
*Spirtli içkilərdən imtina etməli;
*Çox yeməməli;
*Mineral su, təbii kvas və şirə, yaşıl çay, meyvə-tərəvəz və ağartı məhsullarından daha çox istifadə edilməlidir.
Eyni xüsusiyyətlərə duz da malikdir. Duzlu yeməklər, şorbalar şəkərdən də çox susuzluq yaradır və artıq mayeni orqanizmdə saxlayır. Bunun da nəticəsində yüksək təzyiq və ürək-damar xəstəliklərinə tutulma riski çoxalır.
Çay. İstilərdə ancaq yaşıl çay için. Yaşıl çay susuzluğu götürür, qara çay istilikverici effektə malikdir, kofe isə əksinə, susuzluq əmələ gətirir və orqanizmdən duz və mineralları (kalsiumu) yuyub aparır.
Təzə çəkilmiş meyvə, tərəvəz şirəsi - susuzluğu aradan qaldıran, aclıq hissini azaldan, əhval-ruhiyyəni yüksəldən, təravətləndirən ləzzətli və faydalı içkilərdir. Lakin unutmayın ki, şirə təzə çəkilmiş olmalıdır.
Kvas. Ancaq təbii, ev şəraitində hazırlanan içki isti havada idealdır.
Kompot - təbii meyvə, giləmeyvələrdən hazırlanan həm faydalı, həm də yanğını götürən sərin içkidir.
Ağartı məhsulları (qatıq və ayran) - isti Şərqin əvəzolunmaz, susuzluğu götürən içkiləri isti yay günlərində köməyimizə çatar.
Xiyar - dözülməz istilərdə ən birinci yardımcı tərəvəzdir. Xiyar həm təravətləndirir, həm də toxluq hissi yaradır.
Pomidor - vitaminlərlə zəngin olan bu faydalı tərəvəz insanı aktiv, dözümlü, ürək xəstəliklərinə qarşı dayanıqlı, yaxşı əhval-ruhiyyəli edir.
Əziz Qadın.net-lilər, güman edirəm ki, məsləhətlərim isti yay günlərində düzgün qidalanıb özünüzü yüngül və gümrah hiss etməyinizə kömək edəcək.