Qadin.NET / Ümid etmə hissi

Ümid etmə hissi

Ümid etmə hissi

İnsan yalnız ağılın istiqaməti ilə hərəkət edə bilsəydi, bəlkə heç bir problemi qalmayacaqdı. Çünki hər vaxt deyildiyi kimi "ağlın yolu birdir".


Amma, insan çox vaxt ağılının rəhbərliyi ilə hərəkət etmir. Hər hansı bir əlaqədə ya da qərar anında duyğular ümumiyyətlə ağılın, ağıllı hərəkət etmənin qabağına keçir. Zaman -zaman qayğı, qorxu, qısqanclıq ya da güvən duyğularında görülən həddindən artıqlıqlar da hər şeyi alt-üst edir. Bu duyğuların az olması da yaxşı deyil ,çox olması da. Tarazlıqda olmamız üçün bir az ondan, bir az bundan olması da yaxşı deyil! Təbii olan, vəziyyət nəyi tələb edirsə elə davranmaq ən yaxşısıdır. Bəzən insan qayğını şişirdə bilir, bəzən də qorxunu, etibarı, qısqanclığı… Bəzən də hər bir şeyi əhəmiyyətsiz hesab edə bilər. Əhəmiyyətli olan odur ki,şişirtmə və əhəmiyyətsiz hesab etmə işi vərdiş halına çevrilməsin.

Biz gündəlik həyat boyunca, əhəmiyyətsiz hesab etmə və şişirtmə arasında gəlib gedərək yüzlərlə qərar veririk. Bunların bir qisimi üçün peşmanlıq hiss edirik, bir qisimi üçünsə inad edirik. Sevdiklərimizə ‘getmə' demirik, əhəmiyyətsiz hesab edirik.Və ya bizə qarşı xoş duyğular bəsləyən birsinin duyğularını eşq kimi qəbul edib fərq etmədən "Romeo Culyetta" eşqinə bənzədirik. Duyğularımız əhəmiyyətlidir, amma etdiyimiz şeylər nə bizə nə də həmsöhbətimiz olan digər insanlara zərər verəcək qədər olmamalıdır. İmtahanlara hazırlaşan bir gənc imtahanı əhəmiyyətsiz hesab edərək, imtahan əvvəlində gecə futbol matçı seyr edə bilir, bununla birlikdə digər bir gənc imtahanı gözündə çox çox böyüdərək, imtahandan əvvəlki gecə yuxusuzluq ya da mədə ağrısı yaşaya bilir.Əhəmiyyətsiz hesab etmə və şişirtmə davranışlarını nəzarətdə tutmaq vacibdir.
Belə bir sual çıxır. Duyğuların istiqamətləndirməsiylə hərəkət etmək pisdirmi? Əlbəttə xeyr, onlar olmasaydı həyatın nə mənası qalardı ,nə də dadı… Belə halda duyğularımızın doğru izah olunması və normal ölçülər içində yaşanılması lazımdır. Bu da insanın özünü, duyğularını tanımaqla reallaşacaqdır. Daxilinizdə hər hansı bir şəkildə bir qarışıqlıq hiss etdiyinizdə özünüz-özünüzü dinləyin və qərar verin, ‘bu an hiss etdiyim şeyin adı nədir?'

Ümid etmə, ümidlənmə ya da ümid -adına nə desəniz deyin- bizim üçün əhəmiyyətli duyğulardan biridir.Gələcəyin ya da hər hansı bir şeyin gələcəkdəki vəziyyətinin qəbul edilməsiylə əlaqədar bir duyğu olaraq təyin oluna bilər. Buna görə ümidli olduğumuz hallarda gələcəklə əlaqədar gözləntilərimiz, layihələrimiz və xəyallarımız haqqında müsbət düşünürük deməkdir. Gələcəklə əlaqədar müsbətlik hal əslində gələcəkdəki bir vəziyyətdən çox bu günki vəziyyətimizi maraqlandırar. Güvənimiz, gücümüz artar, yanaşmalarımız dəyişər, reallaşma ehtimalı nə qədər az olursa olsun üzərində dayandığımız şeyə dörd əllə sarılarıq. Məlumatları ciddi qəbul edər, öyrənmələrimizi gücləndirərik. Məqsədlər əldə edərik, yaşadığımız hər şeyi həyatın mənası halına gətirərik. Gözləyərik, həsrət çəkərik, hətta bəzən hirslənərik. Xoşbəxt olarıq, ətrafımızı da xoşbəxt edərik.
Ümid qərarlı edər insanı, çünki nəticədə yaxşıya, gözələ dair inanc vardır.
Ümid səbri içində saxlayar. Səbri bəsləyər, səbri böyüdər.Ümid əzmdir. Ümid eşqdir, sevdadır ,yanar-alovlanar. Maneələri, çətinlikləri və daha nə qədər çətinlikləri görməz gözlər. Ümidsiz yaşaya bilməz İNSAN.Çünki,ümid həyatdır,nəfəs almaqdır...


Allah heç kimsəni ümidsiz qoymasın!


Ümid dolu həyat yaşayın!
6 avqust 2010
GO BACK