Qadin.NET / AİLƏ QURMAQ ÜÇÜN İDEAL YAŞ DÖVRÜ

AİLƏ QURMAQ ÜÇÜN İDEAL YAŞ DÖVRÜ

AİLƏ QURMAQ ÜÇÜN İDEAL YAŞ DÖVRÜ

Amerika sosioloqları nikaha girməyin ən ideal yaş dövrünü müəyyənləşdiriblər.
Onların fikrincə, müəyyən edilmiş yaşda ərə getmək və ya evlənmək boşanma riskini minimuma endirir.
Rusiya mətbuatınin xəbərine görə, qadınlar və kişilər arasında aparılan araşdırmaya və analizlərin nəticəsinə əsasən müəyyən olunub ki, 25 yaş nikaha girmək üçün ideal dövr sayılır. Belə ki, məhz bu yaşda ailə quran cütlüklər arasında boşanma hallarına 20 yaşda evlənənlərlə müqayisədə daha az rast gəlinir.
Onu da qeyd edək ki, boşanma riski 35-40 yaş arasında olan bəy və gəlinlər arasında da minimum həddədir. Ancaq tədqiqatçılar bu yaşı nikah üçün ideal hesab etmirlər. Çünki artıq bu yaşda qadın və kişi fiziologiyasında dəyişikliklər baş verir və cütlüklərin böyük əksəriyyətində təbii mayalanma ilə bağlı bir sıra müəyyən problemlər yaranır.

3 avqust 2010
GO BACK