Qadin.NET / YEMƏYİN QALIĞINI ŞEYTANA BURAXMAYIN!!!

YEMƏYİN QALIĞINI ŞEYTANA BURAXMAYIN!!!

YEMƏYİN QALIĞINI ŞEYTANA BURAXMAYIN!!!


Bu gün yaxınlıqdakı zibil qutusuna baxsan orda çoxlu sayda yemək, meyvə və çörək qalıqları görərsən. Axşamlar və günortalar sənin iyrənərək yanından keçdiyin zibilliklərdə kimsə gündəlik ruzisini axtarır. Ya təhvil vermək üçün boş şüşə qablar, ya da quru çörəklər onların dolanışığıdır. Gör Allah Təala Quranda israf barədə nə deyir: Yeyin-için, lakin israf etməyin. Şübhəsiz ki, Allah israf edənləri sevmir. Həqiqətən, israfçılar şeytanların qardaşlarıdır. Şeytan isə Rəbbinə qarşı nankordur. İsraf malı, səhhəti, bərəkəti, vaxtı, enerjini, pulu - bir sözlə əlimizdə olan nemətləri əbəs, lazımsız yerə, ehtiyacdan artıq xərcləməkdir. Məsələn xırda pulu zibilə atmaq, yediyini, içdiyini yarımçıq buraxıb xarab etmək, suyu boşuna axıtmaq, hətta əbəs yerə kağız qaralamaq da israfdır. Müsəlman gözütox və səxavətli olmalıdır. Malından və əməyindən həm özü, həm ailəsi, həm də digər müsəlmanlar fayda görməlidir. Sən dostlarına da bunları anladıb, aşağıdakıları etsən çox şeyi dəyişə bilərsən.

- Hər həftə yaxınlıqdakı zibilliyin yanına yekə karton qutu (ərzaq mağazasından pulsuz götürə bilərsən) qoyub üzərinə çörək yaza bilərsən ki, qonşularınız da quru çörəyi zibilə yox ora yığsınlar.
- Köhnə paltar və oyuncaqları, şüşə qabları da, ayrı - ayrı paketlərə yığa bilərsiz.
- Sənə lazım olandan artıq şeylərə tamah salma. Mağazada gördüyün hər yeni əşyanı istəməzdən öncə bir düşün sənin oyuncağın sənə bəs etməzmi? Bəlkə birini alıb qonşuluqda yaşayan və heç oyuncağı olmayan dostuna verəsən?
- Unutma ki, Allah bizi yalnız əməllərimizə görə üstün tuta bilər
31 iyul 2010
GO BACK