Qadin.NET / Rhezus faktor "-" qan qrupu olan qızlarımız səhv məlumatlara uymayın!!!

Rhezus faktor "-" qan qrupu olan qızlarımız səhv məlumatlara uymayın!!!

Rhezus faktor "-" qan qrupu olan qızlarımız səhv məlumatlara uymayın!!!


Bezen qizlar "-" qan qrupu oldugunu dushunub panik olurlar.Gelin bunlara birlikde aydinliq getirek...

Ananın qanının Rh(-) və atanın qanının Rh(+) olduğu vaxt Rh uyğunsuzluqdan danışmaq olar.Əgər doğulacaq uşağın qan qrupu da Rh(+) olacaqsa problem yarana bilər deməkdir.Mendelin qanunlarına görə,Rh(+) bir kişi ilə RH(-) bir qadının Rh(+) uşağının olma ehtimalı 50% dir.Rh uyğunsuzluğu yaradan tək hal atanın Rh(+) və ananın Rh(-) olmasıdır.
Hər ikisi də Rh(-) olan valideylerin heç bir zaman Rh(+) uşaqları olmaz.Qısacası,demek istəyirəm ki,problem yalnız ana Rh(-) və uşaq Rh(+) olduqda yaranır.
Amma bu o demək deyil ki,uşaq Rh(+) olanda mütləq problem yaranacaq.Məsələ burasındadır ki,uşaq Rh(+) olarsa onun qanı ananın qanına keçəndə anada uşağın qanına qarşı anticisimlər yaranır.Bu anticisimlər də uşağın qanına keçir və onun qirmizi qan hüceyrələrini parçalayır.Nəticədə isə uşaqda ana bətnində anemiya olur.Ürək orqanlara qan çatdıra bilmir və Urək Çatışmazlığı inkişaf edir.Bütün orqanlarda su toplanır.Və uşaq ana bətnində şişir.Bəzən ölümlə sonlanır.Sağ doğulanlara isə tibbi müdaxilə olur.
Amma bütün bu dediklərimiz adətən birinci uşaqda görülmür.Çünki birinci hamiləlikdə anada bütün bunlara yol açacaq gədər anticisim əmələ gəlməz.Qorxulu olan ikinci uşaqdır.Əgər iki uşaq arasında ən azı 4 il zaman olsa onda ikinci uşağa da heç bir şey olmaz.
Nəticə olaraq-RH(-) olan qızlara üzümü tutub deyirəm ki-deyilən sözlərə fikir verməyin,İlk uşağa heç bir şey olmayacaq.Sadəcə ikinci uşağı 4 il sonraya planlayın.Həyat yoldaşınız da Rh(-) dirsə o zaman ümumiyyətlə belə bir problemlə qarşılaşmayacaqsınız və ikinci uşağı nə zamana istəsənəz planlaya bilərsiniz.


Rhezus faktor "-" qan qrupu olan qızlarımız səhv məlumatlara uymayın!!!
28 iyul 2010
GO BACK