Mütəxəssislər çox istifadə edilən əl telefonları ilə çox danışmağın bir çox narahatlığa səbəb ola biləcəyini bildirir.
Təxminən 20 il əvvəl insan həyatına daxil olan bu telefonlar və onların əsas stansiyalarının yayılması nəticəsində hər kəsin Radio Tezlik Radiasiyasına (RTR) məruz qaldığını ifadə edən həkim Ucal Akbaş radiasiyaya qarşı diqqətli olmağı tövsiyə etdi.
6 dəqiqə çox böyük riskdir
Həkim Ucal Akbaş əl telefonlarının xüsusilə eyni qulağa tutmaq şərtiylə 6 dəqiqədən çox istifadə edilməsinin böyük risk mənbəyi olduğunu vurğulayıb. Uzun müddət RTR-ə məruz qalmanın xərçəngin müxtəlif növləri, lenfoma, beyin istiliyinin, hüceyrə və DNT sintezinin artması, törəmədə azalma, uşaqlarda öyrənmədə çətinlik kimi bir çox problemlərə səbəb olduğunu qeyd edib. Qulaqda küy, eşitmə qabiliyyətinin itirilməsi və uzaq məsafədən eşidə bilməmək kimi problemlər də yarada bilir.
Uşaqlar daha çox təsirə məruz qalır
Əl telefonuyla danışarkən radiasiyanın 40-50%-nin qulaq bölgəsi ilə kəlləyə təsir etdiyini ifadə edən həkim Akbaş uşaqların bu vəziyyətdən daha çox əziyyət çəkdiyini qeyd edib.
Ucal Akbaş xüsusilə 16 yaşdan kiçik olan uşaqların beyin daxili funksiyalarının inkişaf etməkdə olduğunu bildirərək "Bu yaşlardakı uşaqların beynindəki maye sıxlığı yetkin yaşlarda olanlardan daha çox olduğu üçün beyinlərindəki elektromaqnetik sahə keçiriciliyi daha çoxdur. Buna görə də yaşlılara nisbətən RTR-in bioloji təsirlərinə daha çox məruz qalan uşaqlarımızın əl telefonundan istifadə etmələrini mümkün qədər məhdudlaşdırmalıyıq" deyib.
Nə etməlisiniz?
Həkim Ucal Akbaş əl telefonunun zərərli təsirlərindən qorunmaq üçün bu təklifləri verib:
- Az danışın. Lazım olmayanda danışmayın.
- Zərərin tamamilə qarşısını almasa da qulaqlıqla danışın. Qısa məlumatları mesajla reallaşdırın. Gecələr cib telefonunu söndürün.
- Əgər hamiləsinizsə, məcbur olmayanda əl telefonu işlətməyin.
- Cihazlardan mümkün olduqca uzaq durun. Təcili hallar olmadığı halda uşaqları əl telefonuyla danışdırmayın. Siz danışarkən yaxınınızda uşaq olmasın.
- Telefon zəng çalan kimi qulağınıza söykəməyin. Əl telefonunu xüsusilə ürək, beyin və törəmə orqanlarına yaxın yerlərdə gəzdirməyin. Dar və bağlı yerlərdə danışmayın. Cib telefonundan oyun ya da musiqi dinləmə vasitəsi kimi istifadə etməyin."