Qadin.NET / ANOREKSİYA- yeməyən və zərif qalmaq istəyən xanımların nəzərinə...

ANOREKSİYA- yeməyən və zərif qalmaq istəyən xanımların nəzərinə...

ANOREKSİYA- yeməyən və zərif qalmaq istəyən xanımların nəzərinə...

Fransada Jüstin adlı gənc xanımın "Bu səhər mən yeməkdən imtina etdim" adlı kitabında onun sağlamlıqdan xəstəliyə gedən həyatı əks olunmuşdur.Kitabda 14 yaşlı gənc xanımın əvvəllər iştahla yeməklər yeyən birisi olması,sonra isə daha da arıq olmaq istəyi ilə başqa bir həyata başlamasından bəhs olunmuşdur.Jüstin yeni həyatında daha da irəli gedərək 73 kiloqramdan 40 kiloya qədər enmişdir.Beləliklə də Jüstin nəinki özünə və insanlara xoş təsir bağışlamış,əksinə həm özünə,həm də yaxın ətrafına əsəb sarsıntıları və xəstəliklər gətirmişdir.

Gəlin baxaq,Nevrotik anoreksiya nədir?

Nevrotik Anoreksiya (Anorxia Nervoza) diaqnozu ən çox (90%) gənc xanımlarda (15-25 yaş arası) qoyulur və psixoloji pozğunluq hesab edilir. Xəstəliyin əsasında xanimların zərif görünmə istəyi durur. Bu məqsədlə onlar qidalanmanı azaldır, ifrat idmanla məşğul olur və hətta maye itirmək üçün sidikqovuculardan, süni qusma və ishal yaratma kimi vasitələrdən istifadə edirlər. Bəzən xanimların bu istəyi uğursuzluqla nəticələnir və bir müddət sonra onlarda iştahasızlıq, qidalanma fobiyası (qorxusu) yaranır.
Bu xəstəlik zəmanəmizin xəstəliyi olsa da ilk dəfə ədəbiyyatlarda 1874-cü ildə təsvir edilmişdir. İnkişaf etmiş ölkələrdə rast gəlmə tezliyi qadınlar arasında 0,3-1%, kişilər arasında 0,1%-dir. Psixatrik xəstəliklər arasında ən çox ölüm göstəricisi nevrotik anoreksiyanın payına düşür və müxtəlif mənbələrin məlumatına əsasən 8-15% təşkil edir.
Xəstəliyə tutulmuş insanların 50% asanlıqla müalicəyə tabe olur. Amma bir çox hallarda bədəndə müalicəyə qarşı ciddi rezistentlik yaranır.
Gedişi
Nevrotik anoreksiyalar zamanı qidalanmanın azlığı bədən daxilində maddələr mübadiləsinin pozğunluğuna, daxili orqanların və sistemlərin patoloji dəyişikliklərinə gətirib çıxarır. Neyroendokrin pozğunluqlar xüsusi qeyd olunmalıdır. Bu hallarda cinsi yetkinliyin gecikməsi, ovulyasiyanın olmaması, menustrial tsiklin dayanması (amenorreya), esterogenlərin azalması, antidiuretik hormonların azalması, hipotermiya baş verir. Xəstəliyə tutulmuş oğlanlarda isə hipogonadism əmələ gələ bilir ki, bu da cinsi yetkinliyi gecikdirir. Nevrotik anoreksiyalı gənc xanimları spesifik xarakterləri də qeyd edilir. Onlar kamilliyə mayilli olurlar, akademik uğurlar qazanırlar, əks cinsə az maraq göstərirlər, aclığa qarşı dözümləri ilə öyünürlər. Bununla yanaşı, nevrotik anoreksiyalı xanımlarda inkişaf qüsurları, özünəqapanma, aşırı həssalıq olur.
Əlamətləri:

 Nevrotik anoreksiyalarda aşağıdakı somatik əlamətlərin bir neçəsi birlikdə rast gəlinir.
- İfrat arıqlama
- Zərif xarici görünüş
- Zəiflik və yorğunluq hissi
- Arabir başgicəllənmə
- Saçların zəif, sınan olması və tökülməsi
- Qəbzlik
- Menustrasiyanın olmaması
- Kövrək dırnaqlar
- Bədən dərisinin yumşaq tüklə örtülməsi
- Dərinin quru olması
- Soyuğa dözümsüzlük
- Qeyi-requlyar ürək döyüntüləri
- Qanın ümumi analizində anormallıq
- Arterial təzyiqin aşağı olması
- Dehidratasiya
- Osteoparoz
Somatik əlamətlərlə yanaşı bəzi emosinal və davranış əlamətləri də qeyd olunur:
- Yeməkdə imtina
- Aclığın inkar edilməsi
- İfrat bədən tərbiyəsi
- Əhval ruhiyyənin aşağı olması
- Emosiyanın olmaması
- Fikrin dağınıqlığı
- Qida məsələlərinə ifrat diqqətcillik
Ağırlaşmaları
Nevrotik anoreksiya bir çox orqan və sistemlərdə ciddi pozğunluqlar yaradırlar. Bunları aşağıdakı kimi təsnif etmək olar və bu barədə həkiminizlə məsləhətləşin: Ürək-damar fəsadları:
- Ürəyin mirtal qapağının prolapsı
- Qulaqcıq disritmiyaları
- Bradikardiya
- Ortostatik hipotenziya
- Ürək çatışmazlığı
Böyrək fəsadları:
- Qlomerulyar Filtrasiyanın azalması
- Ödem
- Asidoz
- Hipokalemiya
- Hipoxloremiya
- Hiperaldesteronizm
Mədə-bağırsaq fəsadları:
- Qəbzlik
- Mədə boşalmasının gecikməsi
- Mədənin genişlənməsi və cırılması
- Ezofagit
- Melory-Weiss sindromu
- Süni qusma yaradan xəstələrdə diş, damaq problemləri yaranır.
Həkimə nə zaman müraciət etməli?
Əgər özünüzdə və ya sizə yaxın olan bir insanda yuxarıda sadalanan əlamətləri hiss edirsinizə həkimə müraciət məqsədəuyğundur. Xüsusilə də aşağıdakı hallarda həyacan təbili çalmaq vacibdir:

- Yeməkdən qaçma
- Yalnız bəzi sağlam hesab edilən qidanı yemək
- Çeynədikdən sonra yeməyi atmaq
- Yeməkdən əvvəl yeməyi çəkmək
- Tez-tez öz çəkisini yoxlamaq
- Güzgüdə öz bədən quruluşuna tez-tez baxmaq
- Kök olması barədə çox şikayətlənməsi
Xəstəliyin inkişaf səviyyəsindən aslı olaraq xəstəyə bir neçə müalicə üsulu təklif edilə bilər. Əgər xəstəlik çox ağırdırsa xəstəyə xəstəxana şəraitində intensiv terapiya bölməsində müalicə aparılmalıdır. Bu hallarda dərin dehidratasiya, elektrolit balansının pozulması və ya psixatrik problelər aid edilə bilər.
Nevrotik anoreksiyaların müalicəsində adətən bir neçə sahədə mütəxəssislər, məsələn, psixoterapevt, dietoloq, terapevt və ya reanimatoloq cəlb edilə bilər.
Yüngül hallarda həkimin məsləhəti ilə lazim olan tədbirlər ev şəraitində edilir və zaman-zaman kontrol müayinədən keçmək vacibdir. Psixoterapiyada ailə və dostların yaxından iştirak etməsi məqsədəuyğundur. Anoreksiyanın müalicəsində hər hansı spesifik bir dərman maddəsi yoxdur. Əlamətlərdən aslı olaraq müalicə zamanı fərqli dərmanlar istifadə edilə bilər.
Anoreksiyanın müalicəsində ən ciddi problemlərdən biri xəstənin özünün buna ehtiyacın olmamasına inanmasıdır. Öz vəziyyətlərini onlar xəstəlik kimi qiymətləndirmirlər və bunun fərqli bir yaşayış üslubu olmasına inanırlar. Bəzən anoreksiya insanların həyatı boyu mübarizə apardıqları bir xəstəlik olur. Bəzən xəstəliyin dinamikasında enişlər və yenidən qalxışlar qeyd olunur. Məsələn, hamiləlik öncəsi qidalanma normallaşa və həmiləlikdən sonra yenidən pisləşə bilər.
Qəribədir ki, eyni yumurtadan olan eksizlərin hər ikisində oxşar problemlərin olmasını, amma fərqli yumurtadan olan ekizlərin isə birində anoreksiya varsa digərində olmaya bilir. Odur ki, bir çox alimlər nevrotik anoreksiyası olan insanlarda buna genetik meyilliliyin olması iddiasını irəli sürürlər.
Anoreksiya xəstəliyi daha çox məşhurların arasında yaygındır.Bir çox moda jurnallarını və ya televiziya kanallarını izlərkən biz bunların şahidi oluruq.
Ancelina Coli bu xəstəliyə anasının ölümündən sonra düçar oldu.Sonra bir qədər yaxşılaşdı,amma yenə də diabet xəstəliyi səbəbindən köhnə halına döndü.

ANOREKSİYA- yeməyən və zərif qalmaq istəyən xanımların nəzərinə...
ANOREKSİYA- yeməyən və zərif qalmaq istəyən xanımların nəzərinə...

Selin Dion

 

ANOREKSİYA- yeməyən və zərif qalmaq istəyən xanımların nəzərinə...

Nikol Riççi artıq yeriyən skeleti xatırladır.

ANOREKSİYA- yeməyən və zərif qalmaq istəyən xanımların nəzərinə...

Viktoriya Bekhem stajı olan bir anoreksiyaçıdır.

ANOREKSİYA- yeməyən və zərif qalmaq istəyən xanımların nəzərinə...

Bu qızın adı Şellidir.26 yaşı var.Mədəsinə boru keçirilmişdir.Çünki,başqa cür yemək yeyə bilmir.

ANOREKSİYA- yeməyən və zərif qalmaq istəyən xanımların nəzərinə...

Və nəhayət... Model Ana Carolina Reston anoreksiya xəstəliyindən vəfat etmişdir...

ANOREKSİYA- yeməyən və zərif qalmaq istəyən xanımların nəzərinə...

Onun xəstəlikdən əvvəlki halları belə idi...

ANOREKSİYA- yeməyən və zərif qalmaq istəyən xanımların nəzərinə...

 

ANOREKSİYA- yeməyən və zərif qalmaq istəyən xanımların nəzərinə...

Məqalədə Med.az saytının materialından da istifadə olunmuşdur.

 Daima arıqlamaq istəyində olan yeniyetmə və gənc xanımlarımız,qərar vermədən öncə və ya əgər vermisinizsə, bu məqaləni dönə-dönə oxuyun...

13 iyul 2010
GO BACK