Sinergiya Universitetinin İnformasiya Texnologiyaları İnstitutunun direktor müavini Anton Averin bildirib ki, noutbuku yatağa və digər elektron cihazlarının yanına qoymaq olmaz. Mütəxəssislərin tövsiyələri evdə çalışan insanlar üçün xüsusilə aktualdır.
Ekspert noutbukla yataqda çalışmağın doğru olmadığını qeyd edib.
Onun sözlərinə görə, elektron cihazı divan və ya yatağa qoymaq olmaz, yorğan və ya yastıq kimi yumşaq səthlər ventilyasiya dəliklərini qismən bağlaya bilər ki, bu da dizüstü kompüterin qızmasına səbəb olacaq.
“Qızması cihazın bağlanmasına səbəb ola bilər. Həm də toz və digər zibillər cihaza yumşaq səthlərdən daxil olur və havalandırma soyuducusunun tıxanmasına gətirib çıxarır. Mətbəxdə də noutbukla işləməyə dəyməz: ağıllı cihazlar təsadüfən tökülən sudan sıradan çıxa bilər.
Bundan əlavə, noutbuk digər elektrik cihazlarının və maqnitlərin yanında olmamalıdır. Məsələ burasındadır ki, adi bir sabit disk (HDD) maqnit saxlama sistemindən istifadə edir.
Maqnitlərə və digər elektrik cihazlarına yaxınlıq maqnit müdaxiləsi yarada bilər və bu da daşıyıcıdakı məlumatların itirilməsinə səbəb ola bilər”, - Anton Averin qeyd edib.