Qadin.NET / Hansı ev bitkiləri havanı təmizləyir?

Hansı ev bitkiləri havanı təmizləyir?

Gözəlliyi ilə insanı heyran edən ev bitkiləri,ev üçün həm dekorativ bəzək, həm də evin havasını təmizləyən önəmli bir atributdur.

Bu bitkilər, otağı çirkləndirən maddələrin konsentrasiyasını azaldır və hətta benzol, formaldeqid, toluol və ksilol kimi zərəli birləşmələrdən təmizləyə bilir. Ev bitkiləri həmçinin havada olan mikrobların sayını azaltma və rütubəti artırma gücünə malikdirlər.

NASA tədqiqatçıları və digər təşkilatlar, evin hər 10 m sahəsinə minimal olaraq 1 ev bitkisi saxlamağı tövsiyə edirlər. Pəncərə altında saxlanılan bitkilər nəinki havanın təmizlənməsini təmin edəcək, həmçinin baş ağrıları və sinir pozğunluqlarını aradan qaldıracaqlar.

Evinizin gözəlliyini, havanın mikroblardan təmizlənməsini, rütubətin artmasını və insan energetikasına xoş təsir bağışlanmasını təmin edən 6 ev bitkisi:

Xlorofitum.

Bu gözəl bitki, havanı zərəli qatışıqlardan təmizləyir və formaldeqidləri udur. Həmçinin xlorofitum bakteresit (mikrobları öldürən) effektinə malikdir.


Mütəxəssislər müəyyən ediblər ki, bu bitki 24 saat ərzində havanı mikroorqanizmlərdən təmamilə təmizləyir. Dibçəyə aktivləşdirilmiş kömür əlavə etdikdə isə təmizləyici xüsussiyyəti daha da artır.

Aloe.

Aloe, havanı formadegidlərdən təmizləyib, onda olan sadə mikrobları sayını azaldır. Gecə oksigen ifraz edib, karbon qazını udur. Aloe olan evdə insanlar az xəstələnir, xəstəlndikdə isə tez sağalırlar.

Drasena.

Bu bitki, sintetik örtük olan linoleum və DSP dən havaya ifraz olunan, benzol, amiak, formaldeqid, toluol, ksilol və digər zərərli birləşmələrin 70 % - ni təmizləmə gücünə malikdir. O, zərərli birləşmələri emal edir və mikrobların yarısını məhv edir.Bağırsaq xəstəliklərin ağırlaşmasının qabağını alır, yaraların və ümümiyyətlə dəri xəstəliklərinin sağalmasına kömək edir. İnsan hiss etmədən, bu bitki, sümük-əzələ sistemini bərkidir. Həmçinin dişlərə də xoş təsir edir.

Fikus.

Bu gözəl bitki, 1 saat ərzində 10 mq formaldeqidi udmaq gücünə malikdir. Bununla bərabər o, energetik balansa təsir göstərir, immun sistemin terapevti rolunu oynayaraq, insana, özünün sakitliyi və stabilliyini ötürür.

Monstera.

Monstera, havanın rütubətini artırır, harmoniya və sakitlik bəxş edib, nasazlıq zamanı yuxsuzluqdan qoruyur.

Spasifilium.

Gözəl ağ gülləri olan bu bitki, havanı zərərli birləşmələrdən, formaldeqidlərdən, karbon qazından, trixlaretindən, benzol və ksiloldan təmizləyir. Mikroorqanizmlərin sayını azaldır və ən əsası isə kif göbələyi ilə aktiv mübarizə aparır.

Əziz xanımlar, sadalanan bu xeyirli bitkilər arasından uyğun olanını seçməklə, evinizdə təmiz havanı təmin edib, xoş atmosfer yaradacaqsınız!

22 oktyabr 2020
GO BACK