Qadin.NET / Rahat yuxu üçün idman hərəkətləri

Rahat yuxu üçün idman hərəkətləri

 Sağlam yuxu rejiminin faydalarını saymaqla bitməz. Həm fiziki, həm də mənəvi cəhətdən son dərəcə əhəmiyyətli olan yuxu rejiminin qaydaya düşməsi üçün nələr etməliyik? Bunun üçün, ilk olaraq, qidalanma rejiminə diqqət etməli və stresdən uzaq durmalıyıq. Lakin yuxumuzu normallaşdırmaq üçün edə biləcəyimiz bir neçə idman hərəkətləri var. Siz bu yazımızda məhz bu hərəkətlərlə tanış ola bilərsiniz.


Ayaqlarınızı divara söykəyin
Üzünüz divara doğru yatağa uzanın. Ombanız təxminən 15 sm divardan aralı olsun. Geriyə uzanın və ayaqlarınızı qaldırıb divara söykəyin. Çalışın ki, bədəniniz çox gərgin olmasın. qollarınızı yana doğru açın, əlinizin içi yuxarı tərəf olsun. Yavaş-yavaş nəfəs alın və ayaqlarınızı rahatlaşdırın. 2-2.5 dəqiqə bu prosesə davam edin. Bu, həm ciyərlərinizə, həm əzələlərinizə, həm də qan dövranınıza yaxşı təsir göstərəcək.
Bardaş qurun və yana dönün
Bəzən əzələlərin gərgin olmağı yuxunu pisləşdirir. Bunun qarşısını almaq üçün digər bir idman hərəkəti bardaş qurmaqdı. Yatağın içində bardaş quraraq oturun və qamətinizi düz saxlayın. Sağ əlinizi sol dizinizin üstünə, sağ əlinizi isə arxaya uzadın. Yavaşca bədəninizi sola doğru çevirin. Dərin nəfəs alın və yenidən önə qayıdın. Eyni hərəkəti digər tərəfə doğru edin. 1 dəqiqə boyunca bu idmana davam edin.


Arxasıüstə uzanma
Yatağınıza arxasıüstə uzanın. Dizlərinizi yığın və ayaqlarınızı bir-birinə toxundurun. Qollarınızı əlinizin içi yuxarı baxacaq şəkildə yana doğru açın. Əgər əzələləriniz ağrısa ayaqlarınızın altına yastıq qoyun. Təxminən 2 dəqiqə belə dayanın.
Uşaq kimi
Yatağınızın içində dizinizin üstündə oturun. Ayaqlarınız ombanıza dəyəcək şəkildə bədəninizi önə doğru uzadın. Alnınız yatağa toxunmalıdı. Qollarınızı qabağa uzadın və ovuclarınızı yatağa toxundurun. Çənənizi də dizlərinizə yaxın saxlayın. Dərin nəfəs alıb verin və əgər çətinlik çəkmirsinzsə 2 dəqiqə belə dayanın. Bu hərəkət həm əzələlərinizin gərginliyini aradan götürəcək, həm də beyin qan dövranınızı yaxşılaşdıracaq.
Arxasıüstə dizlərinizi qucaqlayın
Arxasıüstə yatağa uzanın və ayaq biləklərinizi çarpaz formada saxlayın. Qollarınızın köməyi ilə dizinizi öznüzə doğru çəkin. Dərindən nəfəs alın və özünüzü önə doğru yuvarlamağa çalışın. Nəfəs verərkən yenə geriyə doğru uzanın. Bu hərəkəti 1 dəqiqə müddətində tətbiq edin.

5 oktyabr 2020
GO BACK