Ləzzəti ilə süfrələrimizi bəzəyən meyvələr mədə xəstəliklərindən tutmuş ürək xəstəliklərinə qədər bütün dərdlərin dərmanıdır. İndi isə gəlin hansı məyvələrin hansı xəstəlik üçün faydalı olduğuna nəzər salaq...
HEYVA
Heyva işhalın və dezinteriyanın qarşısını alır. Mədə və bağırsaqların fəaliyyətini gücləndirir. Nazik bağırsaq iltihabının qarşısını alır. Qanı təmizləyir. Ürək döyüntülərini sakitləşdirir.
BADAM
Badam fiziki və zehni yorğunluğu aradan qaldırır. Böyrək və sidik kisəsi iltihablarının qarşısını alır. Baş ağrısı, qaraciyər, böyrək ağrılarını azaldır.
QOZ
Hər səhər qoz yəmək zəkanı qüvvətləndirir. Yaşıl qozun qabıqlarını qaynadıb içmək kişilərdə cinsi fəaliyyəti artırır. Qoz yarpaqlarından hazırlanan çay iştahanı artırır, mədəni qüvvətləndirir, boğaz xəstəlikləri üçün faydalıdır...
FISTIQ
Fistiq bronxit, vərəm, ağ ciyər xəstəliklərinin tez sağalmasına komək edir. Ruhi xəstəliklər ve urək xəstəlikləri uçun faydalıdır.
TUT
Tut orqanizimdə yiğılan suyu boşaldır. Ağ tutu ac qarnına yedikdə bağırsaq qurdlarını tökür. Yarpaqları sidikqovucudur.
FINDIQ
Fındıq fiziki və zehni yorğunluğu aradan qaldırır. Bədənə qüvvət verir. Ürək sağlamlığı üçün faydalıdır. Tərkibindəki liflər səbəbi ilə həzm sistəmini yaxşılaşdırır, bağırsaq xərçəngi riskini azaldır .
QREYPFRUT
C vitamini ilə zəngindir. Gündəlik C vitamini təlabatının 60 faizini ödəyir. Tərkibində xolesterol səviyyəsini aşağı salan pektin maddəsi var. Xərçəngə qarşı qoruyur, iştahı acır .
ƏNCIR
Qəbizliyi aradan qaldırır. Bronxit öskürək və boğaz ağrıları üçün faydalıdır. Yüksək qan təzyiqini azaldır. Sümük möhkəmliyini artırır.
Albalı
Ağrıkesici maddəyə malikdir. Qanı duruldur, ürək xəstəliklərinə müsbət təsir göstərir. Həddindən cox yedikdə mədə-bağırsaq sistemində meteorizm (qarın köpü) və spazmalar meydana çıxa bilər .
KiVi
Kivi C vitamini və kaliumla zəngindir. Həzmi asanlaşdırır və qəbzliyin qarşısını alır. Qadınlarda döş xərçənginin qarşısını alır. Qan təzyiqini nizamlayır, təzyiqi salır.
AVOKADO
Avokado hüceyrələrin qocalmasını ləngidir, xərçəngin qarşısını alır. Proteinlə zəngindir. Tərkibində olan E vitamini ürəyi və dərini qoruyaraq qan dövranını normallaşdırır. Həmçinin tərkibində kalium və B6 vitamini var.