Qadin.NET / Bürcünüzə görə hansı xəstəlik riskini daşıyırsınız?

Bürcünüzə görə hansı xəstəlik riskini daşıyırsınız?

Qoç bürcü

Qoç bürcünün bədəndə təmsil etdiyi orqan başdır. Ona görə miqrendir, xroniki baş ağrıları və gözlə bağlı problemlərlə üzləşirlər. Hərəkətli olduqları üçün yıxılma və yaralanma halları çox baş verir. Qızdırma da bu bürcdə ən çox görünən problemlərdəndir.

Buğa bürcü

Bədən boğaz və boyun bölgəsini təmsil edir. Qlanda, limfa vəziləri ilə yanaşı çiyin ağrıları ilə üzləşirlər. Hərəkətsiz və yemək yeməyi sevdikləri üçün çəki problemi yaşaya bilirlər. İdman edin.

Əkizlər bürcü

Əkizlər bürcü sinir sistemini idarə edir. Ona görə sinir problemləri olur, tez qəzəblənirlər. Əllər, barmaqlar, qollar və çiyin bölgəsi həssasdır. Soyuqdəyməyə tez-tez tutulurlar.

Xərçəng bürcü

Həzmsizlik, bağırsaq tənbəlliyi və böyrək problemləri ilə üzləşirlər. Orta yaşdan sonra çəki artımı müşahidə edilir. Həssas olduqları üçün depressiyaya düşürlər.

Şir bürcü

Adətən, xəstəliklərə qarşı güclüdülər. Bədəndə onurğa, kürək və ürəyi təmsil etdikləri üçün, həmin bölgələrlə bağlı problemlərlə üzləşirlər. Yorğunluq və streslə bağlı problemlərlə üzləşirlər. 

Qız bürcü

Qız bürcünün bədəndə idarə etdiyi yer sinir sistemi, mədə və bağırsaqlardır. Qidalanmalarına diqqət etməlidilər. Xəstəlik xəstəsi olurlar. Həm fiziki, həm də sinir olaraq həssasdırlar.

Tərəzi bürcü

İmmunitetləri zəif olan tərəzi bürcü tez xəstələnir. Böyrək, bel və onurğa bölgəsi həssasdır. Revmatizma, böyrək və kürək ağrıları olur. 

Əqrəb bürcü

Bədənin çoxalma orqanını təmsil edir. Ağrıya qarşı dözümlüdürlər. Həzm sistemi ilə bağlı problemləri olur.

Oxatan bürcü

Qaraciyər, dalaq, öd kisəsi, mədəaltı vəzi həssas bölgələrdir. Yüksək təzyiq, şəkər və qaraciyər problemləri ola bilər. Sinirləri həssasdır. İdmanı sevir.

Oğlaq bürcü

Skelet sistemi, sümüklər, saçlar, dəri, diş və oynaqlar oğlaq bürcünün idarə etdiyi bölgələrdir. Stresli hallarda saç tökülməsi və ya dəri problemləri ilə üzləşirlər. Revmatizma ən çox üzləşdikləri problemlərdir. 

Dolça bürcü

Dişlər, baldırlar, ürək, limfa sistemi və topuqlar dolça bürclərində həssasdır. Asan qəzəblənib, gərgin hiss edirlər.

Balıq bürcü

Ayaqlar və sinir sistemi balıq bürcünün idarəsindədir. Asılılıq yaradan maddələrə, alkoqola və ya siqaretə meyl edə bilirlər. Bundan əlavə, həddindən artıq yemək kimi problemləri olduğu üçün çəki artımı ilə üzləşirlər.

2 iyul 2020
GO BACK