Qadin.NET / Geyimlərin rənginə görə xarakter

Geyimlərin rənginə görə xarakter

1. Mavi sakit biri olduğunuzu göstərir

Mavi rəng sakitləşdirici təsirə sahibdir. Moda mütəxəssislərinə görə, sədaqətin simvolu olduğu üçün mavi rəng iş görüşlərində üstünlük verilməlidir. Mavi rəngə üstünlük verənlər sakit, ədalətli, sadiq olurlar.

2. Sarı yaradıcılığı göstərir

Psixoloji olaraq sarı güclü rəngdir. Sarı rəng adətən duyğuları, yaradıcılığı, mənlik hörmətini ilə əlaqələndirilir. Tez-tez sarı rəngə üstünlük verirsinizsə, şən və həyatı dolu-dolu yaşayan birisiniz.

3. Çəhrayı məsumluğun simvoludur

Çəhrayı həyəxan kimi duyğuları təmsil edir. Açıq rəngli çəhrayı enerji azlığı ilə əlaqələndirilir. Qərb mədəniyyətində çəhrayı "qadın" rəngi olaraq bilinir. Məsumluğun, sevginin simvolu sayılır.

4. Ağ saflığın simvoludur

Qərb mədəniyyətində mükəmməllik rəngi olaraq qəbul edilir. İşıq, təmizlik, sakitlik, saflıq, xeyirxahlıq ağ rənglə əlaqələndirilir.

5. Yaşıl rəng sizə canlı görüntü verir

Yaşıl rəng təbiətin rəngidir və duyğusal olaraq sakitləşdirici hesab olunur. Yaşıl, nizam, uyğunluq, təzəlik hissi verir.

6. Gücün rəngi qırmızı

Qırmızı rəng, güc, canlılıq və sevgi rəngi sayılır. Eyni zamanda təhlükə, nifrətlə əlaqələndirilir. Qırmızı rəng geyinənlər adətən canlı və şən insanlar olur.



24 iyun 2020
GO BACK